Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuradan 10 min adam vədi...



Müsavat 30 may mitinqində iştirak etməyəcək; qurumun rəhbərləri 30 may mitinqi ilə bağlı çağırış ediblər


Mayın 30-da Milli Şura “Yalana və talana son!” şüarı ilə mitinq keçirəcək. Mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Saat 15.00-dan 17.00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsi nəzərdə tutulan mitinqdə 10 min adamın iştirak edəcəyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tərəfindən bəyan edilib. 

Fuad Qəhrəmanlının sözlərinə görə, mitinqdə əvvəlki şüarlar öz aktuallığını qoruyacaq. 
Bu mitinqdə həmçinin 19 may tarixində Bakı şəhərində binada baş vermiş yanğında həlak olan şəxslərə görə günahı olan şəxslərin tapılıb məsuliyyətə cəlb olunması da tələb olunacaq.
Milli Şuradan kənarda olan aparıcı müxalif partiyalardan Müsavatın 30 may mitinqinə hansısa şəkildə dəstək verib-verməyəcəyinə gəlincə, partiyadan bildirildi ki, Müsavat Divanı bir müddət öncə Milli Şuranın keçirdiyi mitinqdə iştirak etmək məsələsində partiya üzvlərinə sərbəstlik verib. Həmin qərar qüvvədə qalır.

Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli isə 30 may mitinqi ilə bağlı xalqa müraciət edib. Cəmil Həsənlinin facebook səhifəsindən paylaşdığı müraciətində bildirilir ki, vətənimizin paytaxtını eybəcər vəziyyətə salanlar vətəndaş təpkisi ilə, xalq iradəsi ilə qarşılaşmalıdır. 30 may mitinqi məhz bunun ifadəsi olacaq.

Müraciətdə 4 gün öncə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirmiş əsgər Tapdıq Babaşovun Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində döyülmə və işgəncə nəticəsində həyatını itirməsindən, siyasi məhbuslardan, korrupsionerlərin azadlıqda gəzməsindən və digər problemlərdən söz açılır: “Milli Şura olaraq mitinq qərarını biz verdik, onun kütləviliyini siz təmin edin. Gəlin, özünüzü xilas edin, uşaqlarınızı xilas edin, gələcəyinizi xilas edin! Ən nəhayət, hamımız birlikdə yanğın təhlükəsi ilə üzləşmiş vətənimizi xilas edək!”...

Əli Kərimli isə xalqa çağırışında bildirib ki, artıq susmaq mümkün olmur, sadəcə, yazıb tənqid etmək kifayət etmir. O qeyd edib ki, yandırılaraq, boğularaq öldürülmüş soydaşlarımızın, körpə balalarımızın qanının batırılmasına, əsl cinayətkarların hələ də iş başında qalıb meydan sulamasına, büdcə vəsaitlərinin talan edilməsinə, mənasız israfçılığa, dəhşətli kredit faizlərinə, dollarla krediti olan vətəndaşlarımızın ikiqat soyulmasına, korrupsiyaya, monopoliyaya, hüquqsuzluğa, əsgər ölümlərinə, Qarabağ qazilərinin özlərini öldürmə həddinə çatdırılmasına, siyasi məhbusların azad edilməməsinə etiraz etmək üçün meydanlara çıxmaq zamanıdır. 

Müsavat başqanının müavini Elman Fəttah isə bildirib ki, Müsavat Partiyası Milli Şuranın mayın 30-da keçirəcəyi mitinqdə iştirak etməyəcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar