Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın mitinqi təxirə salması ittihamlara səbəb oldu


Milli Şura sentyabrın 24-də mitinq keçirməkdən imtina edib


Bunu qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyir.

O,  AzadlıqRadiosuna qısa müsahibəsində bunu sonuncu, 17 sentyabr mitinqi ərəfəsindəki və daha sonrakı çoxsaylı həbslərlə izah edir:“Sonuncu mitinqdən öncə onlarla insanı tutmuşdular, daha sonra mitinq günü yolları, şəhərə girişi bağladılar, 3-5 saat da olsa mitinqə gəlmək istəyən nə qədər insanı saxladılar. Razılaşdırılmış mitinq hansı sonluqla nəticələndi, bunu da hamı bilir. Polis özbaşınalıq etdi. Bir tərəfdən icazə verir, o biri tərəfdən əlində dubinka saxlayır. Bu da ona gətirdi ki, sentyabrın 24-dəki mitinqi təxirə salaq”.

Eyni zamanda Milli Şuranın referendum ərəfəsi üçüncü mitinqi müxalifətin iki cinahının, Milli Şura və Müsavat Partiyasının tərəfdarları arasında sosial şəbəkələrdə polemikalara səbəbə olub. Sosial şəbəkələrdə gənclər mitinqi təxirə saldığına görə, Milli Şuranı tənqid edir.

Milli Şuranın təsisçilərindən olan AXCP sədri Əli Kərimli isə qurumun mitinq qərarı vermədiyini deyib: “Biz belə şey deməmişik. Bu söhbəti ortaya atanlar qərəzli adamlardır. Hər halda, biz bilmirik hökumətin Milli Şuraya artan repressiyalarını cavablandıraq, yoxsa müxalifət düşərgəsinin bizə qarşı qərəzli münasibətini. Biz 24 sentyabrda mitinq keçirməyə qərar vermişiksə, hansı məntiqlə ondan altı gün qabaq keçirdiyimiz çoxminlik aksiyada bunu elan etmirik? Niyə adamlar azacıq özlərinə əziyyət verib bu haqda düşünmürlər?”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar