Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonçu iş adamının katibəsi üçün polisə kim minnətçi düşdü?


Azərbaycanda milyonçu iş adamının sərxoş katibəsi saxlanıldı; polisə minnətçi düşdülər, amma...


Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü gecə saat 1 radələrində Bakıda keçirilən reyd zamanı «Range Rover» markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Könül Vəliyeva saxlanılıb.

 Yol polisi əməkdaşları onu sərxoşların müayinə mərkəzinə aparsalar da, xanım sürücü burada müayinədən imtina edib. Buna baxmayaraq, ona inzibati protokol tərtib olunub və protokolda sərxoşluqdan imtina barədə qeydiyyat aparılıb. Qanunvericiliyə görə, sərxoş sürücü və sərxoşluq müayinəsindən imtina edən sürücünün cəzası eynidir. K.Vəliyevaya tərtib olunan protokolun nömrəsi 843343-dür.



Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Könül Vəliyeva DYP əməkdaşları tərəfindən saxlanılarkən telefonla harasa zəng edib, hətta, «Hacıya zəng edirəm» kimi ifadələr işlədib. Araşdırmalarımız zamanı məlum olub ki, sərxoş halda avtomobil idarə edən xanım sürücü tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin işçisidir. Bu xanım İbrahim Nehrəmlinin katibəsi də işləyib. Buna görə də, xanım sürücünün ora-bura zəngindən sonra Hacı İbrahim Nehrəmli DYP-dən bir neçə nəfərə zəng edərək onun sərbəst buraxılmasını xahiş edib. Hər kəsdə də təəccüb yaranıb ki, hacı hara, sərxoş xanım sürücü hara? DYP əməkdaşlarının inadını görən iş adamı sonda susmaq qərarına gəlib. Hətta, sərxoşların müayinə mərkəzində olarkən xanım sürücünün arxasınca idmançı cüssəli bir şəxs də gəlib. Bu, hacı İbrahimin adamı olub. Ancaq onun da cəhdləri uğursuz alınıb və sürücünün törətdiyi qayda pozuntusuna uyğun olaraq protokol yazılıb.

Maraqlıdır ki, Könül Vəliyeva və yanındakı rəfiqəsi yol polisləri tərəfindən saxlanılıb müayinə mərkəzinə aparıldıqda orada özlərini tez-tez «dövlət işçisi» kimi təqdim edirmiş.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar