Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonçuya çevrilən işçisi Əhməd Əhmədzadəni “yedirdiyini” deyir


Beyləqan torpaqlarnı şoranlığa çevirən Ələmşah Məmmədquliyev şikayətçi vətəndaşa mənimsədiyi büdcə pullarını tək özünün yemədiyini, həmin pulların böyük hissəsini Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə və Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullaevə yedirdiyini bildirib


Bu barədə Gunxeber.com-a müraciət edən və bəzi səbələrdən adının açıqlanmasını istəməyən şikayətçi bildirir ki, o, bu il bütün məhsulunu zay edib. 

Çünki əkin sahəsini vaxtında suvara bilmir. Bunun əsas səbəbi isə kanalların uzun illərdir təmizlənməməsi və bu üzdən də əkin sahələrinə su çıxarmaq mümkün olmadığını bildirib. Dərdini anlatmaq üçün Beyləqan Suvarma Sistemləri İdarəsinin müdiri Ələmşah Məmmədquliyevin qəbuluna gedən şikayətçi bildirir ki, onu dinlədikdən sonra idarə mudiri bildirib ki, Beyləqan Suvarma Sistemləri İdarəsinin kanalları təmizləmək və vaxtlı-vaxtında melorativ tədbirləri həyata keçirmək üçün vəsaiti yoxdur. Şikayətçi dövlətin ayırdığı pulun hara sərf olunduğunu soruşanda, Ələmşah Məmmədquliyev bildirib ki, dövlətin ayırdığı pullar nəyə  çatır ki. Sitat: “Elə bilirsiz dövlətin ayırdığı pulları mən “yeyirəm”. Mən o pullarla Əhməd Əhmədzadəni “yedizdirirəm”, Əhmədzadənin müavinlərini “yedizdirirəm”, şöbə müdirlərini “yedizdirirəm”. Hələ üstəlik Vaqif Abdullayev hər həftənin başında pul istəyir. Bundan başqa nə qədər “it-qurd” gəlib pul istəyir, bilirsən?Elə bilirsiz idarə müdiri işləmək asandı?”

Şikayətçi bildirir ki, bundan sonra o, kor-peşman evə qayıdıb və bir daha əkin əkməmək qərarına gəlib. Adının açıqlanmamasına gəlincə, şikayətçi bildirib ki, o özü heç bir şeydən qorxmur. Ancaq oğlu dövlət idarəsində işlədiyi üçün, oğluna prolblem yaradılacağından qorxur.

Bizim replika: Xatırladaq ki, idarə müdiri işlməyin asan olmadığını bildirən Əhmədzadəni, Əhmədzadənin müavinlərini və Beyləqanın icra başçısını “yedizdirdiyini” iddia edən Ələmşah Məmmədquliyev pensiya yaşını 4 ildir ki, doldurub. Buna baxmayaraq, idarə müdiri işlməyin asan olmadığını bildirən Ələmşah Məmmədquliyev hələ də gedib evində nəvələri ilə vax keçirməyi düşünmür. Əgər doğurdan da idarə müdiri işləmək asan olmasaydı, onda Ələmşah müəllim vəzifəsindən dörd əlli yapışmazdı.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə mətbuatında Ələmşah Məmmədquliyevin Beyləqandakı villasının şəkili dərc olunmuşdu. Yayılan məlumatda göstərilirdi ki, iki il əvvəl tikilən villanın yarım milyondan artıq qiyməti var. Bir neçə ay əvvəl isə idarə müdiri villasının iç dizaynını dəyişmək üçün 70 min manat sərf edib. Həmçinin yayılan məlumatda qeyd olunurdu ki, 25 ilə yaxındır bu vəzifəni daşıyan Ələmşah Məmmədquliyevin Bakı şəhərində də qiyməti böyük məbləğlərlə ölçülən mülkləri var. Bu hələ o qədər də zəngin olmayan bir rayonun bir idarə müdirinin var-dövləti ilə bağlı faktların mediaya gəlib çatan kiçik bir hissəsidir.

Qarşı tərəfin mövqyeini dər etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar