Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevir Turizm Kolleci rüşvət yuvasına çevrilib


Professor Əyyub Əyyubov kolleci keçmiş “San Marino” universitetinə döndərib


Mingəçevir Turizm Kollecinin bir qrup tələbəsi redaksiyamızın  elektron poçtuna şikayət məktubu göndərib. 

Həmin məktubda qeyd olunur ki, kollecin rəhbəri vəzifəsini tutan, professor Əyyub Əyyubov təhsil ocağını “ailə şirkətinə və şəxsi obyektə” çevirib. Bildirək ki, Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə 1800 tələbə təhsil alır. Onların tədrisi ilə 160 nəfərə yaxın professor-müəllim heyyəti məşğu olur. 

Adının açıqlanmasını istəməyən tələbələr bildirirlər ki, Əyyub Əyyubov ildən ilə Mingəçevir Turizm Kollecini tədrisdən daha çox korrupsiya “yuvasına” çevrməyə başlayıb. Uzun illərdir tədris ocağına rəhbərlik edən proseforun ən böyük “nəaliyyəti” kollecdə mərkəzləşdirilmiş qaydada korrupsiya mexanizmini yaratmasıdır. Buna görədə Mingəçevir Humanitar Kolleci Əyyub Əyyubovun "ailə şirkətinə" çevirilib. 

Tələbələrin göndərdiyi məlumatda qeyd olunur ki, direktorun həyat yoldaşı Xanım Məmmədova “Dillər” fənn birliyini sədri ilə bərabər qardaşı, bir neçə yerlisi və qohumları kollecdə mərkəzləşdirilmiş korupsiyanın əsas fiqurlarından sayılırlar. Kollecdə smestrin qiyməti tələbələrə 300 manata başa gəlir. Əəgər tələbə digər fənndlərdən imtahanları özü verib, cəmi bir fənndən kəsiləndə və həmin kəsri düzəltmək üçün 150 manat rüşvət verməlidir. 

Şikayətdə qeyd olunur ki, kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür. Bu üsulla Əyyub Əyyubovun məqsədi heçdə imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox pul qazanmaq üçündür. 

Bildirək ki, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovla bağlı saytımıza daha ilginc məlumatlar daxil olub və yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Həmin məlumatda Əyyub Əyyubovun vaxtı ilə “San Marino” deyilən fırıldaqçı universitetin əsas rəhbərlərindən olması, turizm kollecinə necə təyin edilməsi və sair məsələrdən bəhs olunur. 

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(azmedia.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar