Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxarılıb


“Milli Şuranın sessiyasının keçirilməsindən, Koordinasiya Mərkəzinin üzvlərinin seçilməsindən xəbərim yoxdur”


Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu söyləyib.
 
M. Mirəlioğlu Milli Şuranın Koordinasiya Şurasına üzv seçilməməsi ilə maraqlanmadığını da bildirib.
 
AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında deyib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərinin fəaliyyət müddəti başa çatıb, buna görə də Koordinasiya Mərkəzinə yeni üzvlər seçilib: “Milli Şuranın sessiyasında Koordinasiya Mərkəzinin üzvləri Milli Şura üzvlərinin irəli sürdükləri namizədlər əsasında seçilib. Kimlərin namizədliyi verilibsə, səsvermə yol ilə onlar seçilib. Milli Şuranın sessiyasında Mirmahmud Mirəlioğlunun namizədliyi irəli sürülməyib”.
 
Qeyd edək ki, Milli Şuranın Koordinasiya Mərkəzinə seçilən yeni üzvlər arasında KXCP-dən bir nəfər - KXCP sədrinin müavini Oqtay Gülalıyev var.
 
Üzvü olduğu partiyanın sədrinin namizədliyini irəli sürməməsi barədə məsələyə aydınlıq gətirən O. Gülalıyev APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın yanvarın 24-də keçirilən sessiyası hesabat-seçki yığıncağı olub, bütün strukturlara yenidən seçkilər keçirilib: “Düzdür, KXCP-dən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyünə yalnız mən seçilmişəm. Ancaq Milli Şurada namizədlərin irəli sürülməsi partiya mənsubiyyəti və partiyalar üçün kvota əsasları ilə keçirilmir, Milli Şuraya üzvlük fərdidir. Mirmahmud Mirəlioğluna gəlincə, doğrusu, onun Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyünə namizədliyinin irəli sürülməsi və seçilməsi ilə bağlı heç bir problem yoxdur, ola da bilməzdi. Sadəcə, Mirmahmud Mirəlioğlu istəsəydi, namizədliyi irəli sürülərdi və seçilərdi. Yəqin ki, bu sualı Mirmahmud Mirəlioğlu özü cavablandırsaydı, yaxşı olardı”.
 
Xatırladaq ki, yanvarın 24-də Milli Şuranın növbəti sessiyası keçirilib. Sessiyada qurumun sədri və Koordinasiya Mərkəzinin üzvləri seçilib. Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçilib. Koordinasiya Mərkəzinə isə 21 üzv seçilib. Seçilən üzvlər sırasında Milli Şuranın təsisçilərindən biri olan və bu sessiyaya qədər Milli Şuranın rəhbər orqanı funksiyasını həyata keçirən Koordinasiya Mərkəzinin üzvü olmuş M. Mirəlioğlu yoxdur. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar