Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mişel Obama seriala çəkilir


ABŞ-ın birinci xanımının iştirak etdiyi bölüm mayın 7-də yayımlanacaq


ABŞ-ın birinci xanımı Mişel Obama ABC telekanalında yayımlanan "Nashville" serialının növbəti bölümündə çəkilib. Xanım Obama serialın baş qəhrəmanı, kantri-müğənni Reyn Ceymsin (Konni Britton) təşkil etdiyi xeyriyyə gecəsində qonaq qismində iştirak edəcək.

Televiziya tənqidçiləri Mişel Obamanın seriala çəkilməsini musiqili-dramatik serialın reytinqinin aşağı olması ilə əlaqələndirirlər. Onlar iddia edirlər ki, serial rəhbərliyi tamaşaçını cəlb etmək üçün bu fənddən yararlanıb.
Amerikanın birinci xanımının iştirak etdiyi bölüm mayın 7-də yayımlanacaq.

Bu, Mişel Obamanın ilk serial təcrübəsi deyil. O, aprelin 24-də yayımlanacaq "Park və istirahət ərazisi" serialında da epizodik rolda çəkilib. Bu serialın 24 aprel buraxılışı böyük həyəcanla gözlənilir. Çünki amerikalılar Mişel Obamanın ilk aktrisalıq məharətini məhz "Park və istirahət ərazisi" serialında görəcəklər. ABŞ-ın birinci xanımı serialın sonuncu buraxılışında İndiana ştatının park və istirahət ərazilərindən danışacaq.

Mişel Obama “Park və istirahət ərazisi” serialında rol almış ilk Ağ Ev nümayəndəsi deyil. İki il bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden bu filmə çəkilib. Serialda Baydendən əlavə 3 senator və prezident postuna namizəd Con Makkeyin də çəkilib. Kinonun rejissoru keçmiş dövlət katibi Hillari Klinton üçün də rol hazırladığını bəyan edib.(ans)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar