Misir Prezidenti Əbdül Fəttah Sisinin Ərəb Ölkələri Liqasının sammitində iştirakı üçün Mavritaniyaya olan səfəri ləğv edilib
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA-Novosti” agentliyi yayıb. Agentlik buna səbəb kimi Sisiyə qarşı Mavritaniyada sui-qəsdin hazırlanmasını göstərib.
Qeyd edək ki, Ərəb Ölkələri Liqasının 27-ci sammiti bazar ertəsi keçiriləcək. Misiri bu sammitdə Baş nazir Şərif İsmayıl təmsil edəcək.
pia.az