Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mitinqdə adı çəkilməyən partiya sədri: “Onlardan soruşmaq lazımdır”


Milli Şuranın rəhbərliyi qurumun sentyabrın 23-də keçirtdiyi mitinqdə yenə təkəbbürlü davranışı ilə “fərqlənib”


Yenicag.az xəbər verir ki, 23 sentyabr mitinqinə Milli Şurada təmsil olunmayan təşkilatlardan yalnız Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı qatılıb.

Lakin Milli Şuranın tribunadakı rəhbərləri aksiyanın əvvəlindən sonuna qədər “Məhsul” stadionunda olan Pənahlını görməməzliyə vuraraq, ona nə söz veriblər, nə də adını çəkiblər.

Bəlkə də Milli Şuranın son mitinqinə on minlərlə insan qatılsaydı, o zaman AMDP sədrinin diqqətdənkənar qalması haradasa başa düşülərdi.

Ancaq 23 sentyabr mitinqində aşağı-yuxarı 1500 nəfərin iştirak etdiyini nəzərə alsaq, Pənahlının “izdiham” içərisində itib-batması mümkün deyildi.

Ən əsası, Pənahlının həmin mitinqdə yeganə qonaq partiya sədri olması ona müəyyən qədər fərqli münasibət üçün əsas yaradırdı. Ancaq bu məqam Milli Şuranın faktik lideri, AXCP sədri Əli Kərimli üçün əhəmiyyətsiz detal kimi görünüb.

Milli Şuranın mitinqində diqqət göstərilməyən AMDP sədri Nemət Pənahlı Yenicag.az-a açıqlamasında bu məsələyə belə münasibət bildirib:

“Bir siyasətçi olaraq, o mitinqə qatıldım və axıra qədər iştirakçıların arasında oldum. Mən mitinqə tribunada dayanmaq, çıxış etmək niyyəti ilə də getməmişdim.

Mitinq boyu hərəkat dövründən tanıdığım-tanımadığım insanlarla söhbətləşdik. Aksiyada qonaq qismində məndən başqa partiya sədrinin olub-olmadığını bilmirəm.

Mənə niyə söz verilməməsinin, adımın çəkilməməsinin səbəbini onlardan soruşmaq lazımdır. Ancaq heç bir gözləntim olmadığından, bu münasibət məni narahat etmir.

Yəni Meydan Hərəkatından bu yana “Biz ölərik, Neməti tək qoymarıq” deyib qaçanları da, məni əvvəl alqışlayıb, sonra fitə basanları da çox görmüşəm, mənə səmimi münasibətlərini dəyişməyənləri də… Ona görə də yenə deyirəm, narahatlığım yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar