Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mızqoyanlar briqadası


Bir var iş görənlər, bir də var mız qoyanlar....


 
Sən kirpiyinlə od götürürsən, oxuyursan, yazırsan, baxırsan, öyrənirsən, onlar da kənardan tamaşa edib illah zəif bir yer, boş bir məqam axtarırlar.
 
Axtarırlar ki, sənə gülsünlər, lağ eləsinlər, dalınca dedi-qodu dolandırsınlar.
 
Həmişə belə olub.
 
Həmişə belədir.
 
Həmişə belə olacaq.
 
Çünki oldun dəyirmançı söhbəti...
 
Atalar deməyibsə, özümüz deyək: hərə öz işini görür.
 
Yaxın bir dostum vardı, qardaşı tanınmış alim, ictimai xadim idi.
 
O, qardaşı ilə bağlı mətbuatda, saytlarda, sosial şəbəkələrdə gedən yazılara çox aqressiv reaksiya verirdi.
 
Senzuranın ləğvindən sonra bir-iki redaksiyaya basqın da eləmiş, adam-filan döymüşdü.
 
Bir gün dedim, səhv edirsən.
 
Bir şəxs ki, göz qabağındadır, ictimai əhəmiyyətli işlərlə məşğuldur, onun haqqında doğru-yalan hər şey yazılacaq.
 
Hətta təhqir edən də, söyən də tapılacaq.
 
Biz peyğəmbərinin üstünə qoyun qursağı atılan, dahiləri lağa qoyulan, təmiz adamları rişxəndlə alçaldılan dünyada yaşayırıq.
 
O da ki, sənin qardaşın kimi, qarmaqarışıq, ziqzaqlı həyat yolu keçən birisi ola.
 
Qaçan at tozanaq qaldırar – bunu atalar deməsəydi, özüm deyəcəkdim.
 
Hara qaçmasından asılı olmyaraq – bunu da mən əkləyim, sözümüzün mabədinə daha yaxşı otursun.
 
O cümlədən bu gün ədəbi mühitdə yazan-pozan, oxuyan, ciddi diskussiyalar aparan bir ovuc qələm əhli var ki, əlindən-dalından bir iş gəlməyən bir dəstə maymağın hədəfindədir.
 
Addımbaşı aşağılayır, söyür, təhqir edirlər.
 
Addımbaşı!
 
Dediyim kimi, hərə öz işini görür.
 
Biri, həqiqət axtarır, biliklərini artırır, diskussiyalar aparır, o biri kənardan nifrət yağdırır, qəzəb saçır, daş vızıldadır, çamur atır.
 
Təbii, birinci narahat deyil.
 
Çünki, həmişə belə olduğunu yaxşı bilir.
 
Bəs narahat deyilsə, Füzuli demiş, bu qovğa nədir?
 
Yəni bu köşəni niyə yazıram?
 
Bu köşəni ona görə yazıram ki, Sən də narahat olmayasan, əziz oxucu!
 
Özü də qəti narahat olmayasan.
 
Sadəcə adamların əməllərinə baxasan: kim nəyin peşindədir, məqsədi nədir, onu nə narahat edir?
 
Uşaqlığımı keçirdiyim Q. kəndində Fərzəndə adlı yaşlı qadın vardı, xalça toxumağı bacarmırdı.
 
Tərs kimi kəndin bütün qızları-qadınları bu işlə məşğul idi.
 
Fərzəndə heç öyrənmək də istəmirdi xalça toxumağı.
 
Düşünürdü ki, kənddəkilər səhv yoldadır, xalçanı düzgün toxumurlar, bayağıdırlar, riyakardırlar, yalandan biri-birini tərifləyirlər.
 
Ona görə ev-ev gəzir, təzə toxunub kəsilən xalçalarda illah bir eyib “tapırdı”.
 
Amma toxucusundan asılı olmayaraq gördüyü bütün ilmələrin gözəlliyinə sevinməyi bacaran qadınlar Fərzəndənin yerli-yersiz iradlarına, atmacalarına, istehzalarına fikir vermirdilər.
 
Çünki yeni xalçalar toxumaq haqqında düşünürdülər. 
 
Uzaq-uzaq ellərdən çeşnilər gətirib, ilmə vurmaq öyrənirdilər.  
 
Sonralar anladım ki, əslində, xalçalara baxıb səhv tutmaq da Fərzəndənin yaşam tərzidir.
 
O da özünü belə yada salır, belə ifadə edir, kiminsə uğursuzluğunu görəndə iştahı açılır, şəkəri-təzyiqi qaydasına düşür, özünü yaxşı hiss edir.  
 
Allah eləməmiş, bir gün Fərzəndəyə xalçalar haqqında nə gəldi danışmaq qadağan olunsa, arvad ölə bilər.
 
Dediyim kimi, hərə öz işini görür və görməlidir.
 
Dediyim kimi, yazımın səbəbi heç də bundan narahatlıq keçirmək deyil...
 
Amacımız bəlli, yolumuz bəlli:
 
Fərzəndələri tanıyaq və onlardan olmayaq!    
 
Şərif Ağayar(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar