Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mobil telefonlara gələn reklam mesajlarına son



"Reklam mesajları abunəçilərin razılığı əsasında göndərilə biləcək"


PİA.AZ aktual.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, "Reklam Haqqında" yeni qanun layihəsinin müəllifi Vahid Əhmədov deyib. O qeyd edib ki, yeni qanuna görə, mobil operator ilə abunəçi arasında müqavilə imzalanmalı olacaq:

"Yeni "Reklam Haqqında" qanuna görə, yalnız abunəçinin razılığı əsasında onun mobil telefonuna reklam mesajları göndərilə bilər. Bunun üçün isə abunəçi ilə mobil operator arasında ikitərəfli müqavilə imzalanmalıdır. Əks halda bu, qeyri-qanuni hesab ediləcək".

Qeyd edək ki, bu ilin noyabr ayının 14-də Milli Məclisin İqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib.
 
Müzakirələrdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, deputatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri, reklam yayımını həyata keçirən qurumların və ölkədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və bu sahə üzrə mütəxəssislər iştirak edib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar