Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova Ombudsmanı Azərbaycana gəlir


Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu da iştirak edəcək


Komitənin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Ombudsman aprelin 27-dən 30-dək Bakıda olacaq.O, II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldovanı eyni zamanda bu ölkənin siyasi və dövlət xadimi, 1997-2001-ci illərdə ölkəyə rəhbərlik etmiş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini üzvü Petru Luçinski və Moldovanın sabiq Baş naziri Dimitru Braqiş (1999-2001) təmsil edəcəklər.
 
Forumda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla 150-dən çox nüfuzlu ictimai, siyasi xadim, ekspert və elm adamlarının iştirakı nəzərdə tutulub.
 
Aprelin 27-30-da keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda münaqişələrin həlli, açıq cəmiyyətlər, qadınlara qarşı diskriminasiya, ətraf mühitin çirklənməsi və digər problemlərlə bağlı müzakirələr aparılacaq.
 
Qeyd edək ki, A. Qriqoriu ermənilərin baş bəlası hesab olunur. Buna səbəb isə moldovalı ombudsmanın Ermənistan parlamentində beynəlxalq konfrans zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və Xocalıda soyqırım törətdiyini bəyan edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar