Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mollaların vahid forma geyinməmələrinin səbəbi


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün müəyyənləşdirdiyi vahid geyim forması qurumun təyinatı ilə məscidlərdə işləyən axund və imamlar üçün nəzərdə tutulub


Amma vahid formaya bu gün din xadimlərinin, məscidlərdəki molların əynində o qədər də rast gəlinmir.

QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı modern.az-a açıqlamasında bildirib ki, din xadimlərinə vahid geyim formasının tətbiqi barədə ciddi göstəriş olmayıb. Onun sözlərinə görə, qurum tərəfindən bu barədə təklif olub və bu geyim ancaq təkmilləşdirmə kurslarını bitirən müdavimlərə verilir: “Hər ay 15-dən 30-a kimi müdavimimiz olur və onlara bu cür geyim formaları dərslər bitdikdən sonra verilir. Elə bir tələb yoxdur ki, hamı vahid forma geyməlidir. Kimlərdə varsa, onlar geyinir. Yas mərasimlərində forma geyinmək vacibdir ki?.. Məscidlərdə də hansı axund və imamın varsa, onlar geyinir”.

Vahid geyimlə bağlı işlərin davam etdirildiyini deyən Q.Cavadlı vurğulayıb ki, bu formanın tətbiqi tədricən həyata keçirilir.

“Bizim üçün bu formanı fabrik və zavod tikmir. Biz idarənin qüvvəsi ilə xüsusi atelyedə müdavimlərin ölçülərinə uyğun sifarişlər veririk. Bu, nə bir günün içərəsində həll olunan məsələdir, nə də hərbi formadır. Çalışağağıq ki, müdavimlərimizi təmin edək. İndi yaydır və tətildir. Orucluq müddətində dərslər olmayıb, yeni dərslər sentyabrdan başlanacaq. Bu müddətdən sonra onlara həm diplomlar, həm də forma verilir. Bu proses yavaş-yavaş, tədricən həyata keçiriləcək”, - deyə qurumun sədr müavini vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar