Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Morninqstardan açıqlama


"Təmas xəttində baş verən hallar və faciəvi itkilər çox ağrılıdır"


AzərbaycanErmənistan qoşunlarının təmas xəttində baş verən hər hansı xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır. 

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərin işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlıların girov götürülməsi ilə bağlı sualına cavabında deyib.

Səfir qeyd edib: "Bilirəm ki, təmas xəttindəki hadisələr ATƏT-in Minsk qrupunun həmsədrlərini çox narahat edir və bu, bir daha bu dəhşətli münaqişənin tez bir zamanda nizamlanmasının əhəmiyyətini göstərir".

ABŞ-ın Azərbaycanda yeni səfirinin ölkəyə nə zaman gələcəyi ilə bağlı suala cavabında R.Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib: "Bildiyiniz kimi, Konqresimiz bütün namizədləri tez bir zamanda təsdiq etmir. Bunun cənab Robert Sekuta və ya Azərbaycanla heç bir bağlılığı yoxdur".

O, qeyd edib ki, yeni səfirə ötən illər ərzində həyata keçirilən prinsiplərə sadiq qalmağı, ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə diqqət yetirməyi tövsiyə edib: "Әminəm ki, o, öz işini çox yaxşı görəcək".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar