Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva ilə Vaşinqton arasında Bakı savaşı


Sülhəddin Əkbər: “Durum çox həssasdır və bu həssas durumda maraqların sırasına baxsaq ola bilsin Tom Malinovski müxalifətlə görüşməsin”


ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovskinin Azərbaycana səfəri bu həftə başlayacaq. 

Səfərə hələ iki həftə qalanda yayılmış məlumatda deyilirdi ki, səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemlərilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir. Məlumatda bildirilir ki, səfər zamanı iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq.

Dövlət katibinin digər köməkçisi Viktoriya Nulandın bu ilin fevlarında Bakıya səfəri zamanı ABŞAzərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.

Bundan sonra ABŞ-da bəzi müşahidəçilər Obama administrasiyasını vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoyulmadığı halda Azərbaycanın rəsmi şəxslərinə qarşı sərt tədbirlər görməyə çağırıblar.

Vaşinqtondakı mənbələr və Bakıdakı səfirlik Malinovskinin səfərinin detallarını açıqlamırlar. 
ABŞ Dövlət katibinin köməkçisinin Bakıya gəlməsinə bir neçə gün qaldığı vaxtda-dünən Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev Azərbaycana gəlib. Dünən ölkə rəhbərliyinə daxil olan şəxslərlə görüşlər keçirib. Səfər bu gün də davam edəcək. 
Ekspertlər Azərbaycan hakimiyyətilə Qərb arasında gərginliyin müşahidə olunduğu bir vaxtda,  Patruşevin Bakıya səfərini təsadüfi saymır. Hesab edirlər ki, Kreml təcili Patruşevi Bakıya göndərməklə Tom Malinovskini önləməyə və Amerikalı diplomatın Bakıdan əlidolu qayıtmasına mane olmağa çalışır.

Azərbaycan Avroatlantik Şurasının rəhbəri, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Rusiya Təhlükəsizlik Şurasının katibi ilə ABŞ dövlət katibinin köməkçisinin Bakıya gəlişinin demək olar eyni vaxtda həyata keçirilməsi təsadüf deyil. Bu, ABŞ-la Rusiya arasında Azərbaycan və region uğrunda mübarizənin fonunda baş verən prosesin tərkib hissəsi sayılmalıdır: “Həm Rusiya, həm ABŞ öz milli təhlükəsizlik strategiyalarına ciddi korrektələr ediblər və ABŞ Rusiyanın durdurmaq strategiyasını qəbul edib. O baxımdan təbii ki, regiona olan səfərlər ola bilsin bundan sonra daha intensivləşəcək. 

Regionumuzda yaranmış geopolitik, geostrateji vəziyyətlə bağlıdır. Azərbaycan isə bütün MDB ölkələrindən fərqli olaraq öz strateji seçimini etməyən yeganə ölkədir. O baxımdan hər zaman qeyd elədiyimi bir daha təkrar etmək zorundayam ki, Azərbaycan neçə ki, strateji seçimini etməyib hər iki tərəfdən artan təzyiqlərə və təsirlərə məruz qalacaq. Konkret bu halda bir tərəfdən ümumi geopolitik, geostrateji mürəkkəb həssas bir fon var, o biri tərəfdən qarşıdan Avropa Birliyinin Şərq tərəfdaşlığı sammiti gəlir və Rusiya buna çox sərt prinsipial münasibət göstərəcəyini bəyan edib. Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycanın həmin sammitdə ya iştirak etməməsinə, ya da aşağı səviyyədə iştirak etməsinə çalışacaq. Böyük ehtimalla ABŞ dövlət katibinin köməkçisinin də Bakıda keçirəcəyi görüşlərdə aparacağı müzakirə mövzularından biri Azərbaycanın Avropa Birliyinin Riqada keçiriləcək Şərq tərəfdaşlığı sammitində iştirakı və hansı mövqeyi ortaya qoyması olacaq. ABŞ istəyəcək ki, Azərbaycan sammitdə yüksək səviyyədə iştirak etsin. 

RusiyaABŞ-ın bu məsələdə müşahidə olunan mübarizəsində hansı nəticənin ortaya çıxacağına az qalıb”.

Tom Malinovski Azərbaycan iqtidarına sərt münasibəti ilə seçilən məmurdur. ABŞ hökumətinin Bakıya danışıqlara məhz onu göndərməsinin nəyin əlaməti olmasına gəlincə, S.Əkbər dedi ki, bütövlükdə postsovet məkanının, eyni zamanda Azərbaycanın geopolitik taleyinin  həll olunması həlledici mərhələyə daxil olub. O baxımdan hər iki geopolitik mərkəz Azərbaycana olan təzyiqləri artırır və artıracaq: “Bu, qaçılmazdır. Ona görə də getdikcə daha sərt ritorikanın şahidi olacağıq. Moskva-Vaşinqton-Brüssel arasında qalan Azərbaycanın, onun hakimiyyətinin vəziyyəti getdikcə daha mürəkkəbləşəcək, daha mürəkkəb şəraitdə düzgün, balanslaşdırılmış qərarlar vermək lazım gələcək. Hansı ki, belə qərarların verilməsi getdikcə, çətinləşir”.

S.Əkbər hesab edir ki, obyektiv dəyərləndirilsə, yaranmış vəziyyətdə Tom Malinovskinin Azərbaycan səfərində müxalifətlə görüşməyəcəyi ehtimalı daha yüksəkdir: “Durum çox həssasdır və bu həssas durumda maraqların sırasına baxsaq təbii ki, ABŞ-ın dövlət maraqları ön planda gəlir. Azərbaycan rəhbərliyi də müxalifətlə görüşlərə çox həssas yanaşdığından, Azərbaycan-ABŞ münasibətləri öz gərgin dövrünü yaşadığından ola bilsin ki, Tom Malinovski müxalifətlə görüşməsin. Müxalifətlə görüşdən bu gün daha vacib olan Azərbaycanın düzgün strateji qərarlar verməsi və sonucda düzgün strateji seçim etməsinə nail olmaqdır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar