Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva ilə anlaşmaya “qırmızı xətt” əngəli


Bakının şərti qətidir: öncə ərazilər...;


Rusiya ölkəmizi Avrasiya ilgəyinə keçirmək üçün iki istiqamətdə rıçaqlarını işə salıb; ancaq Kremlin “əvvəlcə üzvlük, sonra Qarabağ” vədinə bel bağlamaq mümkünmü, əgər Ukraynaya verdiyi yazılı vədi bir gündə sıfırlayıbsa?!.. 

Bu mövzuda son vaxtlar “Yeni Müsavat” yetərincə yazıb. Sağdan-soldan problemə işıq salmağa çalışmış, müxtəlif mövqe və yanaşmaları təqdim eləmişik. Bununla belə, Azərbaycanın, Qarabağın taleyi ilə bağlı əsas sual açıq qaldığından məsələ də öz aktuallığını saxlamaqdadır. Söhbət Ermənistanın Avrasiya Birliyinə (AB) rəsmən qoşulması ilə ölkəmiz üçün olduqca həssas, eyni zamanda təhlükəli və taleyüklü yeni situasiyanın formalaşmasından gedir. 

Təhlilçilərin mühüm bir kəsimi son vaxtlar rəsmi Bakının Rusiyaya qədərindən çox yaxınlaşması, reveranslar etməsi barədə iddiaları də ciddiyə almaqla təzyiq və şantaj sırasının Azərbaycana yaxınlaşdığını söyləyir. Bu da o deməkdir ki, ölkə rəhbərliyi tezliklə məsələyə nöqtə qoymalıdır - ya o yanlıq, ya da bu yanlıq. Doğrudur, belə bir “nöqtə”nin xarakteri, yəni cavabın necəliyi ictimai rəyə ara-sıra sızdırılıb. Azərbaycan yetkililəri AB-ə üzvlüyə lüzum olmadığı haqda topluma, Moskvaya mesajlar ötürüblər. Minsk sammitində də prezident İlham ƏliyevMDB-nin potensialı hələ tükənməyib” açıqlamasını səsləndirməklə əslində yeni bir təşkilata ehtiyac görmədiyinə açıq işarə vurub. 

Aydındır bu cavablar Kreml üçün qaneedici deyil. Birinci o səbəbə ki, amorf qurum olan MDB Moskvadan ötrü öz “istismar müddəti”ni artıq başa vurub. Hazırda Putin MDB-ni daha ciddi formata - postsovet ölkələrinin real birliyi kimi nəzərdə tutulan Avrasiya İttifaqına transfer etmək niyyətindədir və bu yolda Ermənistandan sonra hədəf götürdüyü ölkə heç şübhəsiz Ukraynaya alternativ qismində gördüyü Azərbaycandır. 



İkinci tərəfdən, Moskva Qarabağ problemi meydanında Qərbin aktivləşdiyinin fərqindədir və həm də buna görə tələsir. Çünki vasitəçilikdə ABŞAvropanın qabağa çıxması AB mövzusunda Moskvanın Bakı ilə siyasi bazarlıq imkanlarını heçə endirə, Azərbaycanın Avrasiya layihəsinə marağını öldürə bilər. 

Odur ki, Kreml ölkəmizi AB-ə şirnikləndirmək üçün iki istiqamətdə öz rıçaqlarını işə salmış kimi görünür: 1. Qarabağla bağlı Bakıya verdiyi vədi inandırıcı eləmək, Rusiyadan başqa problemi yolunu qoyacaq gücün olmadığı barədə onda əminliyi möhkəmlətmək. 2. Dağlıq Qarabağ probleminin həllində patronajlığın Qərbə keçməsinə şans verməmək. 
Yeri gəlmişkən, bir həftə sonra Parisdə AzərbaycanErmənistan prezidentlərinin görüşü olmalıdır. Bəllidir ki, ABŞ və Fransa qarşıdakı görüşə xüsusi önəm verir, onu hətta nizamlama prosesində daha məhsuldar mərhələyə keçiddə ayırıcı xətt hesab edir. Rusiya bundan xəbərdardır və hər vəchlə görüşün özünü olmasa da, onun nəticələrini sabotaj eləmək yönündə çalışır.
 
Paris təmasları ərəfəsi rəsmi İrəvanın Azərbaycana ünvanlı ritorikanı xeyli sərtləşdirməsi, XİN başçısı Edvard Nalbəndyanın, prezident Serj Sərkisyanın İrəvanda vasitəçilərlə son görüşü zamanı Bakını hətta “destruktiv mövqe tutmaqda” ittiham etmələri bunun bariz əlamətləri sayıla bilər. Halbuki, əksinə, Azərbaycan tərəfi son günlər daha konstruktiv mövqe sərgiləyir, işğalçı tərəfə “Böyük Sülh Sazişi” üzərində işi bərpa eləməyi təklif edir. 




Bundan əlavə, Xankəndində azərbaycanlı girovlar - Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qondarma məhkəmə prosesinin məhz oktyabrın 27-ə, prezidentlərin görüş gününə salınması da diqqət çəkir. Bura görüş ərəfəsində Ermənistanda daxili durumu kəskinləşdirtmək cəhdlərini də əlavə eləsək (oktyabrın 24-ə İrəvanda Sərkisyan əleyhinə kütləvi etiraz mitinqi planlaşdırılıb), belə qənaət hasil olar ki, Parisdə Serj Sərkisyanın hər hansı güzəştini və görüşün produktivliyini əngəlləmək üçün Rusiya gerçəkdən də hərəkətə keçib. 

Yaxın tariximizdə buna aid bəd presedentlər də var. Məsələn, söz vaxtına çəkər, düz 15 il öncə, 1999-cu il oktyabrın 27-də (prezidentlərin Paris görüşü də oktyabrın 27-də olacaq) Ermənistanla Azərbaycan arasında Qarabağ anlaşmasının bir addımlığında Ermənistan parlamenti gülləbaran edilib. 

Qısası, Rusiya Azərbaycanı Avrasiya toruna salmaq üçün hər iki istiqamət üzrə “erməni kartı”ndan yararlanmağa çalışır. Bakının isə bizə çatan mötəbər məlumatlara görə, üzvlüklə bağlı əsas şərti hələ ki, qətidir: öncə Dağlıq Qarabağ, ərazilər, sonra üzvlük müzakirələri. Azərbaycan tam haqqına ən azından buna əmin olmaq istəyir ki, rəsmi Moskva bu yöndə səmimi olduğunu sübut eləsin və ilkin mərhələdə işğal altındakı bir neçə rayonun azad edilməsi istiqamətində real addım atsın. Sonrasına baxmaq olar. 

Moskva isə, görünür, əksinin tərəfdarıdır - yəni öncə üzvlük, sonra ərazilər. Fəqət, Rusiyanın quru vədlərinə inanmaq mümkünmü, əgər Kreml Ukraynanın ərazi bütövlüyünə 1995-ci ildə Budapeşt memorandumu ilə yazılı şəkildə verdiyi sözə 2014-cü ilin martında, bircə gündə tüpürübsə?! Yaxud öz vədində səmimi olsaydı Rusiya Qarabağ problemini MDB çərçivəsində də çözə bilərdi... 

***
Ən son bilgilərə əsasən, tərəflər arasında “tarixi anlaşma” əldə olunmamış qalır. Hərçənd, son vaxtlar Bakıdan Kremlə artan reveranslar, Rusiyadan isə ölkəmizə rus emissarlarının çoxalan səfərləri bəzi başqa qənaətlərə və versiyalara da yol açıb. Lakin Bakının hələ ki, öz israrını dəyişmədiyi deyilir: əvvəlcə ərazilər. Yəni konkret və real addım.
Qəzetimizə sonuncu müsahibəsində YAP icra katibinin müavini Siyavuş Novruzov bu yanaşmanı növbəti dəfə ortaya qoyub. Bildirib ki, “Azərbaycan Avrasiya və Gömrük ittifaqlarına girsə, Qarabağla birgə girəcək”. Demək, Bakı Putin layihələrinə qoşulmağı prinsipcə istisna eləmir, ancaq şərti qətidir - öncə torpaqlar. 
İndi “xod” Rusiyanındır.      


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar