Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada azərbaycanlı güllələndi - Video


Azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb


Moskvanın cənub-şərqində bir azərbaycanlı güllələnib. Hadisə "Privolnaya" küçəsində baş verib.

Deyilənlərə görə, azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb. Nəticədə bir nəfər güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.

Səhər saatlarında iki nəfərin olduğu "Hyundai Solaris" maşını ilə evdən çıxaraq yola düşür. Maşının qarşısını maskalı üç naməlum şəxs kəsir.

Onlar 38 yaşlı azərbaycanlı Amil Əmrahovu maşından çıxararaq, qarın nahiyəsindən güllələyiblər. Daha sonra həmin maşına əyləşərək, sürücüyə hadisə yerindən getməyi əmr ediblər. Əmrah isə qan içində yolda uzanıqlı vəziyyətdə qalıb.

Hadisəni görən şahidlər oraya dərhal təcili tibbi yardım çağırıblar. Yaralı 36 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, həmyerlimizin hazırda həyat təhlükəsi yoxdur.

Məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırma aparırlar. İlk versiyaya görə, hadisə əvvəlcədən planlaşdırılıb. Çünki maşında 800 min rubl (15840 AZN) olub. Çox güman ki, insident də oğurluq ucbatından törədilib. 

Analoji hadisə fevralın 4-də Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonunda baş verib. İnsidentin Yam-İjora qəsəbəsində, Lenin küçəsində yerləşən bir evin qarşısında törədildiyi deyilir. Həmin ünvanda Qafqaz mətbəxinə məxsus bir kafenin də olduğu vurğulanır.

Rusiya Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin kafenin qarşısına "Chevrolet Lacetti" markalı maşın gəlib. Onun içərisində olan insanlar qarşı tərəfdə maşınını park etmək istəyən "Mercedes-Benz Gelandewagen" markalı maşının sürücüsünə atəş açıblar. Salonda olan 42 yaşlı E.Heydərov aldığı 6 güllə yarasından yerindəcə keçinib. 

Məlumata görə, Heydərov burada meyvə-tərəvəz alveri ilə məşğul olub. O, meyvə tərəvəzi Cənubi Qafqazdan gətirirdi.(ans press)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar