Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvadan Azay Quliyevə cavab gələb


Moskva Şəhər Prokurorluğu Azay Quliyevə cavab verdi


Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin 18 oktyabr 2013-cü ildə Orxan Zeynalovun həbsi ilə bağlı Rusiya Federasiyası İctimai Palatasının sədrinə ünvanlandığı məktubda qaldırdığı məsələlərə Moskva Şəhər Prokurorluğu münasibət bildirib.

PİA.AZ-a Şuradan daxıl olan məlumatda bildirilir ki, məktubda A.Quliyevin O.Zeynalov həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı narahatlığına cavab olaraq bununla bağlı oktyabrın 24-də məhkəmə tibbi ekspertizasının təyin olunduğu, noyabrın 11-də isə onun yekun nəticəsinin açıqlanma müddətinin daha bir ay uzadıldığı qeyd edilir.

Prokurorluq yalnız tibbi ekspertizanın yekun rəyindən sonra həbs edilərkən soydaşımıza qarşı hər hansı qanun pozuntusu hərəkətinin yol verilməsi məsələsinə hüquqi cəhətdən tamlıqla aydınlıq gətiriləcəyini bildirib. Moskva Şəhər Prokurorluğu O.Zeynalovun həbsi ətrafında mətbuatda gedən iddiaların onun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı hər hansı cinayət işi açmağa yetərli olmadığını da vurğulayıb.

Xatırladaq ki, Şura sədrinin Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixova ünvanlandığı məktubda məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə çıxarılmasından, O.Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə olunub. Şura bundan sonra da O.Zeynalovun həbsi ilə bağlı məsələni nəzarətdə saxlamaqda davam edəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar