Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mosulun səmasını qara tüstü bürüdü


Xəbər verdiyimiz kimi, İŞİD terrorçuları Mosul yaxınlığında yerləşən kükürd zavodunu atəşə tutublar


Reuters xəbər verir ki, nəticədə Mosul üzərini ağ natrium tüstüsü bürüyüb. Bundan başqa, onlar öz sıralarını gizlətmək məqsədilə neft quyularına da od vurublar. İŞİD-in əlində olan şəhərdə qalın qara duman yaranıb.

Mosul xəstəxanasının direktoru Əbdül Salam Yabbourinin sözlərinə görə, həkimlərə ən çox yerli əhali müraciət edir, onların arasında daha çox uşaqlar və qadınlar var. Zərərçəkənlərə oksigen maskaları təklif olunur: "O qədər müraciət edən var ki, demək olar, maskalarımız qurtarıb".

Şəhərdə külək müşahidə olunduğundan tüstü cənub istiqamətində hərəkət edir və zəhərli maddələr yayılır.

Şahidlər qeyd edirlər ki, bəzi şəhər sakinləri xəstəxanalara müraciət etməyə macal tapmamış zəhərlənir və boğulurlar.

Daha öncə yayılan xəbərə görə, Mosul ətrafında əczaçılıq zavodu da yandırılıb.

Qeyd edək ki, Mosul əməliyyatında İraq ordusu, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) silahlı gücü olan Peşmərgə qoşunları, ABŞ və Fransa qüvvələri iştirak edir.("Qafqazinfo")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar