"Manchester United"in baş məşqçisi Joze Mourinyo 2015-ci ildə "Real"ın prezidenti Florentino Perezlə danışıqlar apardığını təkzib edib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis Robert Bizlinin "Jose Mourinho. Up Close and Personal" kitabında bu barədə yazısını yalan adlandırıb. Bu kitabda yazılana görə Perez Mourinyonu 2015-ci ildə "Real"a dəvət edib və ondan Pepe, Ramos, Marselonu komandadan uzaqlaşdırmağı istəyib. Mourinyodan başqa "Real" da bunu cəfəngiyyat kimi qiymətləndirib.
pia.az