Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müasir incəsənətdə dünyanın sonu


Professor Asif Hacılının tərcümə və təqdimatında:


Manifestlər
 
Mirça Eliade
 
Qərb sivilizasiyaları nikbinlikdə ibtidai xalqların kommunist esxatologiyası və mileranizmi ilə müqayisə edilə bilməz.
 
Hazırda istilik-nüvə silahından dünyanın katastrofik sonu təhlükəsi günbəgün artmaqdadır. Qərb sakinlərinin şüurunda bu son tam və qətidir, ondan sonra dünya yenidən yaradılmayacaq. Müasir dünyada atom fəlakəti qarşısında qorxunun çoxlu təzahürlərinin sistemli təhlilinə imkanımız yoxdur. Lakin Qərbi Avropa mədəniyyətinin bununla bağlı digər fenomenləri tədqiqə layiq görünür. Söhbət Qərb incəsənətinin tarixindən gedir. Bizim əsrin əvvəlindən plastik sənətlər, eləcə də ədəbiyyat və musiqi, elə  bir radikal transformasiyaya uğradı ki, bu halda «bədii dilin dağılması»ndan danışıla bilər. Təsviri sənətdən başlayaraq «bədii dilin dağılması» poeziyanı, nəsri, son dövrdə İoneskonun simasında teatrı da əhatə etdi. Ayrı-ayrı hallarda bütöv sənət aləminin məhvindən danışmaq olar. Yaxınlarda yaradılmış bəzi əsərləri öyrəndikdə elə təəssürat yaranır ki, müəlliflər bütün təsviri sənət tarixini tabula rasaya (təmiz lövhə – lat.) müncər etmək istəyiblər. Bu, dağıtmaqdan da artıqdır, bu, Xaosa, nəsə ilkin massa kontusaya (qeyri-müəyyən kütlə – lat.) qərq olmaqdır. Lakin belə əsərləri seyr edərək anlamaq olur ki, müəllif nəsə hələ ifadə edə bilmədiyinin axtarışındadır. Ona plastik sənətlərdə əvvəlki inqilablardan qalmış xarabalıq və qırıntıları məhv etmək lazım idi; ona sənət tarixini sıfırdan başlamaq imkanı qazanmaq üçün materiyanın rüşeym formalarına yaxınlaşmaq lazım idi. Belə bir hiss var ki, sanki müasir sənətkarların çoxu üçün «plastik dilin dağıdılması» daha mürəkkəb prosesin yalnız birinci fazasıdır və bunun ardınca mütləq yeni kainatın yaradılışı gələcək.
 
Müasir incəsənətdə ilk inqilabçıların və dağıdıcıların nihilizmi və pessimizmi artıq köhnəlmiş dünya qavrayışıdır. Bizim zəmanədə heç bir böyük sənətkar deqradasiyaya və öz sənətinin labüd məhvinə inanmır. Bu baxımdan onların mövqeyi «primitiv» xalqların mövqeyini xatırladır: onlar yeni dünyanın yaradılmasına təkan vermək üçün dünyanın dağılmasına təkan verirdilər (yəni onların dünyasının, bədii aləminin dağılmasına). Bu mədəni hadisə fövqəlvacibdir, çünki məhz sənətkarlar sivilizasiya və ya cəmiyyətin əsl yaradıcı gücünü təmsil edir. Sənətkar öz yaradıcılığında sosial və mədəni həyatın digər sahələrində də bir və ya iki nəsil sonra gəlməli olanı qabaqlayır.
 
Diqqətəlayiqdir ki, bədii dilin dağıdılması psixoanalizin yüksəlişi  ilə üst-üstə düşür. Ruhi dərinliklər psixologiyası qaynaqlara marağa, arxaik cəmiyyət insanına yüksək dərəcədə xas olan marağa böyük əhəmiyyət verir. Müasir sənətdə dünyanın sonu haqqında mifə marağın tədricən bərpası prosesini təfərrüatlı öyrənmək çox maraqlı ola bilər. Biz görərdik ki, sənətkarlar heç də onlar haqqında bəzən deyildiyi kimi nevrastenik deyillər, əksinə, bir çox müasir insanlardan onlar psixi cəhətdən daha sağlamdırlar. Onlar anlayıb ki, əsl yeniləşmə əsl sondan əvvəl gələ bilməz. Müasirlərdən ilk dəfə məhz sənətkarlar öz dünyalarını həqiqətən dağıtmaq üçün var güclərini qoydular – insanın eyni zamanda yaşaya, seyr edə və arzulaya bildiyi yaradıcı təxəyyül dünyasını yenidən qurmaq üçün. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar