Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov Bilal Ərdoğanla olan biznesi pozdu



“Palmali” şirkətlər qrupunun sahibi, məşhur azərbaycanlı oliqarx Mübariz Mənsimovla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri arasında dolaşıq biznes sövdələşməsində dəyişiklik olub


Türkiyə mediasının bu biznes sövdələşməsini araşdırmağa başlamasından sonra tərəflər müqaviləyə dəyişiklik ediblər.

“Deniz Haber” portalının yazdığına görə, “Palmali” şirkətinin qarantiyası ilə “Albaraka Türk Bankası”ından ayrılmış 180 milyon dollar kredit hesabına inşa edilən “Armada” tipli 10 neftdaşıma tankerindən 5-nin inşasına dair sifariş ləğv edilib.

Bundan əvvəlki sövdələşməyə görə, “Yardımçı Group” tərsanələrində inşa ediləcək tankerlər əvəlcədən Ərdoğanın oğlu Bilal Ərdoğanın, qardaşı Mustafa Ərdoğanın və yeznəsi Ziya İlgenin sahibi olduğu “BMZ Group” şirkətinə satılmışdı. Həmin şirkət isə gəmiləri “Palmali” şirkətinin özünə 10 illiyə kirayə verirdi. Bu gəmilərdən ikisi - 10 min ton neft daşıya bilən “Məcid Aslanov” və “Bəyim Aslanova” artıq suya buraxılıb. Qalanların inşası davam edir.

Gəmilər Maltada offşor zonada qeydiyyatdan keçib. “BMZ Group” və “Palmali” arasında sövdələşmədə də Maltada qeydiyyata alınıb.

İndi “Deniz Haber” sektordakı qaynaqlardan məlumat əldə edib ki, gəmilərin 5-i “BMZ Group”a təhvil veriləcək, qalan 5-nin isə inşası həyata keçirilməyəcək. Həmçinin inşa edilən gəmilərin kirayələnməsi üçün müqavilə də “Albaraka Türk Bankası”ına təhvil verilib. Yəni gəmiləri birbaşa “Palmali” yox, bank kirayələmiş olacaq. Qalan 3 tankerin gələn il ərzində təhvil veriləcəyi bildirilir. Sövdələşmənin şərtlərinin dəyişməsinin səbəbləri açıqlanmır. (Virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar