Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovun Eldar Mahmudovla şok əlaqələri üzə çıxdı - Fotolar


Sabiq nazirin atasının adını daşıyan gəmi İŞİD-la neft biznesində istifadə olunur?


Xəbər verdiyimiz kimi azərbaycanlı oliqarx, “Palmali” Şirkətlər Qrupunun rəhbəri  Mübariz Mənsimovun adı son aylar İŞİD-la neft biznesində hallanır. Dünyanı lərzəyə salan İŞİD-in Fransadakı amansız terror aktlarından sonra  supergüclər bu terror təşkilatına qarşı birgə mübarizəyə razılaşıb. 

Türkiyədə keçirilən G-20 sammitində isə ilk növbədə bu terrorçu qruplaşmanın maliyyə kanallarının bağlanması razılaşdırılıb və bu istiqamətdə ciddi hərəkətlilik başlayıb. ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin bir müddət əvvəl açıqladığı məlumatda bildirilirdi ki, İŞİD-in Suriyaİraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal edilir. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanır. Bu xüsusda Mübariz Mənsimovun adı son aylar terrorçu qruplaşma ilə neft biznesində hallanır.

Maraqlı detallardan biri də budur ki, “Palmali”nin sahibi olduğu və neft daşımaçılığında istifadə olunan gəmilər sırasında “Əhməd Mahmudov” adlanan gəmi də var. Bu gəmi oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun atasının adını daşıyır. Gəmini 2007-ci ildə, Eldar Mahmudov nazir ikən istismara veriblər. 

 

 

Həmin vaxt nazir olan Eldar Mahmudov da gəminin atasının adına adlandırılması münasibəti ilə Rusiyanın  Nijni Novqorod şəhərinin “Krasnoye Sormovo” gəmiqayırma zavodunda olub. Təntənəli şəkildə keçirilən gəminin suya salınma mərasimindən Azərbaycanın dövlət teleqraf agentliyi – Azərtac (bu linkə keçid etməklə həmin tazı ilə tanış ola bilərsiz - http://azertag.az/xeber/AKADEMIK_AHMAD_MAHMUDOV_GAMISI_ISTISMARA_VERILMISDIR-378275) rəsmi məlumat yayıb.
Həmin rəsmi məlumatdan sitat: 
“Gəminin suya salınma mərasimində şirkətin prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Əhməd Mahmudovun ailə üzvləri, Nijni Novqorod əyalətinin və Sormovo inzibati rayonunun rəhbərliyi, “Krasnoye Sormovo” zavodunun nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış edən Əhməd Mahmudovun oğlu, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov atasının xatirəsinə göstərilən ehtirama görə “PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova ailə üzvləri adından minnətdarlığını bildirmişdir”.

Azərtac-dakı həmin məlumat bu sözlərlə bitir: “PALMALİ” əsasən neft məhsulları, xam neft, ərzaq və sənaye məhsullarının daşınması üzrə ixtisaslaşmışdır. Şirkətə məxsus quru yük gəmiləri isə bütün növ quru yüklərin daşınmasını həyata keçirir”.




Bu yazıdan belə nəticə çıxır ki, eks nazirin atasının adını daşıyan gəmi də neft daşımaçılığında istifadə olunub.

Maraqlıdır ki, E.Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun Azərbaycandakı radikal dini təriqətlərlə əlaqələri haqda məlumatlar yayılıb. Həmin məlumatlarda “Sumqayıt camaatı”nın başçısının eks nazirin əmisi nəvəsi olduğu vurğulanırdı. 2 il əvvəl Sumqayıtdakı “Soltan” kafesində baş vermiş qanlı “razborka”dan sonra həbs olunan əminəvəsinin sonradan azad edilməsinin təfərrüatları da çox maraqlıdır

Jam.az saytında bu haqda dərc olunan yazıdan sitat:

 


“Sumqayıtdakı bəzi radikal qruplar nazirin əmisi nəvəsinə “biət” etməyiblər və bu səbəbdən də onları cəzalandırıblar. Həmçinin MTN-in o vaxtkı rəhbərliyi bununla digər ipə-sapa yatmayan qruplara da gözdağı verib ki, onların da başına analoji oyunu aça bilərlər. Əldə olunan məlumatlara görə, xüsusən Sumqayıtdakı vəhhabilər toxunulmaz kastaya çevriliblər. Məhz bu səbəbdəndir ki, bu barədə məlumat əldə edən DİN əməliyyatlar keçirərək, ölkənin təhlükəsizliyinə təhdid olan qruplaşma üzvlərini həbs etsə də, sonradan MTN-in dəstəyi ilə onlar azadlığa buraxılırmışlar. Bu möcüzəli «xilas»ın ən bariz nümunəsi isə evində gizli toplantı keçirən, silah-sursat aşkarlanan, hüquq mühafizə orqanları tərəfindən həbs olunan Zöhrab Şıxəliyevin 6 aydan sonra azadlığa buraxılması idi. 





Onun nə qədər təhlükəli bir fiqur olduğunu Sumqayıt camaatı da yaxşı bilirdi. Bu həmin Şıxəliyev idi ki, «radikalların quş uçurmasına da nəzarət edirik» deyə, hər kəsi təhdid edirdi. Eyni zamanda, o, MTN-in göz qarşısında Sumqayıtda özünə villa adıyla qeyri-qanuni məscid inşa etdirirdi. İşin üstü açıldıqdan sonra «Sumqayıt camaatı»nın liderinin evi Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülmüşdü. Və məlum olmuşdu ki, bitməkdə olan tikilinin özülü və hasarları o qədər möhkəm betonlanıbmış ki, evdən və məsciddən daha çox hərbi istehkamı xatırladırdı. Və həmin bünövrənin sökülməsi isə düz bir həftəyə mümkün olmuşdu. Di gəl, bu zaman həbs olunan Zöhrab Şıxəliyev sonradan MTN-in başbilənlərinin sayəsində azadlığa çıxa bildi”.

Bu qədər üst-üstə düşən məlumatlar ortada ikən “Palmali” rəhbərinin Azərbaycan mətbuatına qarşı qəzəbli olması başa düşüləndir.(musavat.com) 



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar