Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı Davlatovla görüşüb


Süleyman Davlatov Azərbaycandakı dini tolerantlığı yüksək dəyərləndirib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Tacikistan nümayəndə heyəti ilə görüş olub.

PİA.AZ-ın komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Tacikistan Respublikası Hökuməti yanında Dini İşlər, Milli Ənənələrin, Şənliklərin və Mərasimlərin Tənzimlənməsi üzrə Komitənin sədri Süleyman Davlatovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Görüşdə dini adət-ənənələr, bu sahədə əməkdaşlıq, ali məktəblərdə İslam teologiyasının tədrisi, cəmiyyətdə din ilə bağlı müasir problemlər, radikal dini cərəyanlara qarşı mübarizənin qanunvericilik və normativ-hüquqi əsasları məsələləri müzakirə edilib. Hər iki ölkədə dini ekstremist cərəyanların yaranması ehtimalı və bu kimi neqativ halların qarşısının alınması istiqamətində fikir mübadiləsi aparılıb. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayır. Süleyman Davlatov Azərbaycandakı dini tolerantlığı yüksək dəyərləndirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar