Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı İmişlidə ictimaiyyət nümayəndələri ilə görüşüb


Görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və İmişli rayonundan seçilmiş millət vəkilləri Çingiz Qənizadə və Əsabil Qasımov da iştirak edib


Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri İmişli şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini ziyarət ediblər. 

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Bu gün də həmin tapşırığa uyğun olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rayonumuza ictimaiyyət nümayəndələri ilə görüşə gəlib. Məqsəd aidiyyəti üzrə mövcud problemlərlə yerindəcə tanış olmaq və onların həlli yollarının müzakirəsini biz imişlililərlə birlikdə aparmaqdır. 

Biz bugünkü görüşün yüksək səviyyədə keçməsini arzulayır və inanırıq ki, ölkə başçısı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində bundan sonra da İmişli rayonunda bu sahədə müəyyən mövcud olan problemlər öz müsbət həllini tapacaq. Ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğısı nəticəsində respublikamızın, o cümlədən də rayonumuzun siması yeniləşir, əhalinin məşğulluğunun, sosial müdafiəsinin gücləndirilməsi təmin edilir, insanların həyat səviyyəsi ildən-ilə yüksəlir. Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bügünkü Azərbaycanı 12 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar kəndlərə yollar çəkilir, körpülər inşa olunur, su, elektrik təchizatı yaxşılaşdırılır.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə yerlərdə şəhər, rayon icra hakimiyyəti başçılarının rəhbərliyi ilə xüsusi qərargah yaradılması barədə verdiyi tapşırığa uyğun olaraq İmişli rayonunda da qərargah yaradılıb. Qərargahda ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlanacaq, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçiriləcək. Görülən işlər barədə ayda iki dəfə Prezident Administrasiyasına müvafiq məlumat veriləcəkdir. Açıq dialoq şəraitində keçən görüşdə Mübariz Qurbanlı çıxışında bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar