Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib


Görüşdə İslam dininin, müsəlmanların indiki durumu, islamafobiya prosesləri müzakirə edilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı keçmiş Türkiyə Dəyanət İşləri başqanı Təyyar Altıkulacı qəbul edib.

PİA.AZ-ın komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Təyyar Altıkulac Azərbaycana bağlılığından danışaraq, ölkəmizə etdiyi səfərləri, Heydər Əliyevlə görüşlərini xüsusi qeyd edib. Qonaq bildirib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından, ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən Təyyar Altıkulac Azərbaycanın uğurlarına hər zaman sevindiyini bildirib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Təyyar Altıkulacı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, Təyyar Altıkulac Türkiyə Dəyanət İşləri başqanı olduğu dönəmdən Azərbaycanla din sahəsində münasibətlər yüksək səviyyədə qurulub. Onun iki ölkə arasında din səhəsində əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri var. Mübariz Qurbanlı yaxın tarixdə Türkiyəyə rəsmi səfərindən, orada keçirdiyi səmərəli görüşlərdən danışaraq bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.

Görüş zamanı İslam dininin, müsəlman ölkələrinin indiki durumu, bütün dünyada yaşanan islamafobiya prosesləri, İslam dini altında radikal cərəyanların yayılması və İslamı nüfuzdan salmaq cəhdləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İslam dinin əsl mahiyyətini, onun terror dini deyil, sülh və barış dini olduğunu bütün dünya ictimaiyyətinə çatdırmaq vacibdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar