Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı əsgəri xidməti cihad adlandırdı


Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qafqazinfo”ya geniş müsahibə verib


Sayt bu gün həmin müsahibənin 2-ci hissəsini yayıb. M.Qurbanlı bu hissədə digər məsələlərlə yanaşı İŞİD-ə qoşulan azərbaycanlılar və orta məktəblərdə dinin tədrisi kimi vacib məqamlardan da danışıb.

Komitə sədri birinci məsələ ilə bağlı bildirib ki, onların yerli təşkilatları müəyyən işlər görürlər: “Ən böyük silahımız sözdür. Bu yolla insanları tutduğu mövqedən döndərməyə çalışırıq. Buna nail olduğumuz yerlər də var. Ailələr bizə müraciət edir. Onlarla görüşlər keçirilir. Həmin ərazilərdə gedən döyüşlərin cihad olmadığı bildirilir. Cihad insanın özüylə, nəfsiylə döyüşüdür, eyni zamanda din uğrunda aparılan mübarizədir. Cihad təkcə qılınc savaşı deyil, həm də söz savaşıdır.

Peyğəmbər s.a.s mübarizəsi yalnız qılınca söykənmirdi, eyni zamanda sözə söykənirdi. Geopolitik cəhətdən toqquşma meydanı olan ölkələrdə gedən müharibənin bizə aidiyyəti yoxdur. Bizim müharibəmiz ərazimizi işğal edən ölkəylə, yəni Ermənistanladır. Bu gün əsgəri xidmətini yerinə yetirən şəxs faktiki olaraq cihadını yerinə yetirmiş olur. Cihad üçün başqa məmləkət axtarmaq lazım deyil. Öz məmləkətində xalqın, dövlətin üçün aparacağın cihad var. Hüquq- mühafizə orqanlarının, milli təhlükəsizlik orqanlarının bu sahədə apardığı əvəzedilməz işlər var”.

Məktəblərdə dini dərslərin tədris olunması ilə bağlı məsələyə gəlincə, Komitə rəhbəri vurğulayıb ki, bununla bağlı da bir sıra müzakirələr aparılıb: “Təklif olunur ki, dünya dinləri ilə bağlı ayrıca dərslik hazırlansın. Tarix dərsliklərində, “Həyat bilgisi” dərsliyində bu məsələlərə toxunulub. Ola bilsin ki, “Həyat Bilgisi” dərsliyində ayrıca bölmədə yalnız İslam dini haqqında deyil, bütövlükdə mövcud olan səmavi dinlərlə yanaşı, digər lokal dinlər haqqında da məlumat verilsin.

Bir statistikanı açıqlayım. Dünyada buddistləri, İslam dininə xidmət edənləri, xristianlığa əməl edənləri toplasaq, bu yerdə qalan əhalinin 3 milyard yarımı edə bilər. Yeddi milyarddan çox əhali bəs nəyə sitayiş edir? Elə yerlər var ki, orada ibtidai dinlər hələ qalmaqdadır. Ona görə də yeni böyüyən nəslə bütövlükdə din haqqında ətraflı bilgi vermək lazımdır. İslam bütövlükdə sülh, əxlaq, mənəviyyat dinidir. İslam haqqında ətraflı bilgi verməyəndə kimsə yaranmış boşluqdan sui-istifadə edir. Mən tərəfdarıyam ki, “Həyat Bilgisi” dərsliyində bu məsələ genişləndirilsin. Yaxud da yuxarı siniflərə çatdıqda ayrıca, xüsusi kurslar tədris olunsun. Bizim bu barədə müvafiq qurumlarla bağlı söhbətlərimiz var. Tələsməyək. Vaxt bu sahədə işlərin görülməsini tələb edir. Bu məsələlərdə yavaş tələsmək lazımdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar