Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı müşavirə keçirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib


PİA.AZ-ın məlumatına görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Tədbiri açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din müasibətlərinə və Dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından bu cür müşavirələr xüsusi əhəmiyyət kəsb edir. M. Qurbanlı Azərbaycanda mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənlərin daima qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.

Gündəliyə uyğun olaraq əvvəlcə Dövlət Komitəsinin bölgə şöbə müdirlərinin hesabat məruzələri dinlənilib. Məruzələrdə bölgələrdəki dini durum, DQİDK-nın yerli şöbələri tərəfindən keçirilən tədbirlər haqqında məlumat verilib. Qeyd edilib ki, son günlərdə yas mərasimləri ilə bağlı tövsiyyələr regionlarda əhali tərəfindən rəğbətlə qarşılanıb. Rayonlarda tövsiyələrə uyğun olaraq mərasimlərdə israfçılıq halları azalıb.

Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar