Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı təklif verdi


"Təklif edirəm ki, ATƏT hər il ən tolerant şəhər müsabiqəsi keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq"


"Trend" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə bir təkliflə Bakıda "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

Onun sözlərinə görə, bu gün dünyada din amili mühüm rol oynayır: "Əslində bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırır. Amma bəzən bundan sui-istifadə edilir. Ona görə bu gün tolerantlığı təşviq etmək ən mühüm çağırışlardan biridir".

M.Qurbanlı qeyd edib ki, hazırda dünyanın 30 ölkəsində müxtəlif zəmində müharibə və toqquşmalar davam edir. Onların 12-si dini zəmində baş verir: "Dini tolerantlıq dedikdə bu yalnız dinlərarası yox, dinlər daxili məsələyə də aid edilməldir. Dinlər daxilində radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslam dininə aid edilməməlidir. Bu, özünü xristianlıq, buddizmdə də göstərir".

Dövlət Komitəsinin sədri buna dünyanın müxtəlif yerlərində olan münaqişələri nümunə göstərib.

Ona görə də, M.Qurbanlının fikrincə, tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır: "Biz kiçilən dünyada tolerantlığı daha geniş təşviq etməliyik. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvinlə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparırlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar