Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlıdan ehsan qadağası ilə bağlı açıqlama



Mübariz Qurbanlı yaslardakı ehsan qadağası xəbəri ilə bağlı danışıb


Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend-ə açıqlamasında deyib ki, yas mərasimlərində ehsan verilməsi ilə bağlı qadağa yoxdur.

"Burada söhbət sadəcə yas mərasimlərində ifrat israfçılığın qarşısının alınmasından gedir. Bu istiqamətdə də tövsiyələr vermişik. Bizim tövsiyələrimizlə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanat arasında heç bir ziddiyyət yoxdur. Yas mərasimlərində ifrat israfçılığın qarşısının alınması ilə bağlı proses gedir, hər regionun xüsusiyyəti nəzərə alınır və bu tövsiyələr verilərkən kəndin ağsaqqallarının, ziyalılarının, din xadimlərinin, məsciddəki axundların, imamların rəyləri də nəzərə alınır".

M.Qurbanlı deyib ki, bununla bağlı da müəyyən irəliləyişlər var, ifrat israfçılığın aradan qaldırılması üçün müxtəlif yerlərdə aparılan işlər nəticə verir. Bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir: "Nəinki yas mərasimləri, eyni zamanda, cəmiyyət toy mərasimlərində də ifrat israfçılığın əleyhinə çıxış edir. 

Bütövlükdə bu, cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etmir, bu, tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki, mən yemək vermək istəyirdim qoymadılar və s. Bunlara tövsiyə edilir. Əgər yemək vermək istəyirsə, ətrafdakı insanlar da bunu istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə biz deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır". 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar