Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyi təkzib etdi



Ermənistan KİV-i noyabrın 12-i Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan vertolyotda həlak olan erməni pilotlarının cəsədlərini xüsusi əməliyyat nəticəsində götürdükləri ilə bağlı xəbər yayıb


Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat qondarma “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. 

Erməni mətbuatının yazdığına görə, əməliyyat nəticəsində ekipaj üzvlərindən birinin cəsədi və digər iki pilotun qalıqları çıxarılıb, həmçinin Mİ-24-ün önəmli hissələri götürülüb. Bundan başqa, əməliyyat zamanı Ermənistan tərəfinin heç bir itki vermədiyi, Azərbaycan Silahlı Qüvvələrinin isə 2 hərbçisini itirdiyi iddia edilib. 

Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Dərgahlı Modern.az-a açıqlamasında bildirib ki, bu, növbəti erməni təxribatıdır: “Bu cür məlumatlar erməni tərəfinin növbəti təxribatıdır. Ermənilər bu ərazidə vəziyyəti özləri gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan ordusu heç bir itki verməyib. Atəşkəslə bağlı bütün məlumatlar isə mütəmadi olaraq kütləvi informasiya vasitələrinə çatdırılır və sutka ərzində baş verən atəşkəs pozulması barədə məlumat Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində də yerləşdirilir”.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar