Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyində nələr baş verir?


Müdafiə Nazirliyində yeni kadr təyinatları barədə şok iddialar


Zay məhsul istehsal edən şirkətin müdiri Müdafiə Nazirliyində mühüm vəzifəyə gətirilib!

“Heç bir rütbəsi olmayan mülki bir şəxsə birdən-birə mayor rütbəsi verib Müdafiə Nazirliyində vəzifəyə təyin etmək, sadəcə, ordudakı mayorları aşağılamaqdır. Belə olmaz”

 - Bu sözləri “Yeni Müsavat”a adının çəkilməsini istəməyən istefada olan zabitlərdən biri deyib. Onun sözlərinə görə, yeni nazirin atdığı addımlar çoxlu suallar yaradır. Zabitlər orduda aparılan islahatlara əvvəlcə çox inanırdılar. Amma indi bunların nəticəsinin yaxşı olmayacağı qənaətindədirlər:

 “4-5 hərbi hissə, o cümlədən xüsusi təyinatlı hərbi hissəni ləğv etdilər. Bu hərbi hissələrin ləğvini zəruri edən nədir? Bax, bunu bilən və deyən yoxdur! Səhra geyim formasını dəyişirlər. Axı bu hansı zərurətdən doğub? Bu milyonlarla manat büdcə vəsaitinin dağıdılmasıdır. Çünki hazırda anbarlarda həm yay, həm də qış səhra geyimləri var və həmin geyimlərin alınmasına büdcədən xeyli pul xərclənib. Həmin geyimlər necə olacaq? Kimə lazımdır axı belə islahatlar? Belə lazımsız sahələrə pul ayırmaqdansa, zabit və gizirlərin əmək haqları qaldırılmalı, onların mənzil şəraitləri yaxşılaşdırılmalıdır. Harada pullu vəzifələr var, ora nazirin yaxın qohumları təyin olunur. Yəni kadrlar peşəkarlığına görə deyil, qohumluq əlaqələrinə görə vəzifəyə gətirilirlər. Bir sözlə, futbolumuzdakı durum orduya gətirilir. Elə idisə, Səfər Əbiyev var idi də, daha onu dəyişməyə nə lüzum vardı?”

İstefada olan zabit: “Kadrlar peşəkarlığına görə deyil, qohumluq əlaqələrinə görə vəzifəyə gətirilir”

İddialara görə, Müdafiə Nazirliyindəki strateji vəzifələrə öz adamlarını yerləşdirmək məsələsində Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev birinci yeri tutur. Bu haqda pia.az saytı da məlumat yayıb. Sayt yazır ki, V.Əliyevin yeni vəzifəyə təyin etdirdiyi adamların əksəriyyəti nə peşəkarlıqlarına, nə də qəbul edilmiş əsasnaməyə görə bu vəzifəyə layiq deyillər. Müdafiə Nazirliyinin bütün alqı-satqı, ərzaq və təminat idarələri birləşdirilərək bir əldə cəmləşdirilir və bununla da ərzaq xidməti, əşya xidməti, tender komissiyası və başqa bu kimi milyardların xərcləndiyi strateji qurumlar ləğv edilərək əvəzində Təchizat İdarəsi yaradılıb. 

Yazılarda iddia olunur ki, artıq V.Əliyevin əmisi oğlu İlham Əliyev bu idarəyə rəis müavini təyin edilib. İlham Əliyev mülki işdən çağırılıb və ona heç bir rütbəsi olmadığı halda birdən-birə mayor rütbəsi verilib. Yeni vəzifə alan İ. Əliyev mülki həyatda sadəcə aptek müdiri olub.

Mənbə bildirir ki, daha bir müdhiş fakt odur ki, yeni yaradılan Təchizat İdarəsinə rəis də mülki işdən 55 yaşlı bir şəxs gətirilib. Bildirilir ki, “Meşəbəyi” restoranlar şəbəkəsinin və “Ovçular ət və ət məhsulları” MMC-nin sahibi Ə.İsgəndərov mülkidən çağırılaraq birbaşa idarə rəisi vəzifəsinə təyin olunub. 

Mənbə bildirir ki, Azərbaycandan əlavə, Ukraynada zavod və fabrikləri olan bu iş adamının sözügedən vəzifəyə qoyulması nəinki nizamnaməyə ziddir, birbaşa qanunları çeynəməkdir. Əvvəla, ona görə ki, bu adam hərbiçi deyil. Digər tərəfdən, ehtiyatdan çağırış 48 yaşa qədərdir. Bu adamın 55 yaşı var. Orduda isə polkovniklərin istefaya göndərilməsi üçün son yaş həddi 53-dür.

Məlumatda o da iddia olunur ki, general Vahid Əliyevin qohum-əqrəbası təkcə Müdafiə Nazirliyinə deyil, digər dövlət strukturlarına da yerləşdirilib. Xatırladaq ki, bir neçə gün öncə Vahid Əliyevin Müdafiə Nazirliyinin ən strateji vəzifələrinə təyin etdirdiyi kadrların siyahısı mediada dərc olunub. Həmin kadrlar isə bunlar idi. 

- Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov. Ramiz Tahirov bu vəzifəyə təyin edilməmişdən əvvəl general-leytenant Vahid Əliyevin müavini idi. 

- Hərbi Nəşriyyatın rəisi polkovnik-leytenant Füzuli Abbasov. Hansı ki, Füzuli Abbasov Hərbi Nəşriyyata təyin edilməmişdən bir neçə gün əvvəl həmin vəzifəyə polkovnik-leytenant Rəşad Abuzərov təyin edilmişdi və Vahid Əliyev onun əmrini ləğv etdirərək öz kadrı Füzuli Abbasovu ora təyin etdirib. Füzuli Abbasov vaxtilə hərbi məktəbdə Vahid Əliyevlə birgə oxuyub və onların yaxın münasibətləri var. 

- Kəşfiyyat İdarəsinin rəisi polkovnik İlqar Mazanov. Bu şəxs vəzifəyə gətirilməmişdən əvvəl özəl banklardan birində mühafizə xidmətinin rəisi olub. İlqar Mazanovun müavini də kənardan gətirilib və onun da orduya aidiyyəti yoxdur. O, Vahid Əliyevin yerlisidir.

- Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini Hikmət Xalıqov. Bu şəxs vaxtilə Biləcəri toplanış məntəqəsində işləyirdi və hamıya bəlli olduğu kimi rüşvətə görə işdən kənarlaşdırılmışdı. Məlumatlara görə, Təşkilat Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov məzuniyyətdən qayıdan kimi istefaya göndəriləcək və Hikmət Xalıqov rəis vəzifəsinin icrasına buraxılacaq. İddialara görə, Hikmət Xalıqov Vahid Əliyevin dostudur.

- Hikmət Xalıqovun qardaşı Tahir Xalıqov isə İşlər İdarəsinin rəisi vəzifəsinə gətirilir. İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərov məzuniyyətdə olduğundan hələlik bu təyinatı rəsmiləşdirə bilmirlər. Amma məzuniyyət bitən kimi əmr veriləcək.

- Silahlı Qüvvələrin İnspeksiyasının rəisi polkovnik Fəxrəddin Cəbrayılov. Bu şəxsin də Vahid Əliyevin kadrı olduğu iddia olunur.

“Yeni Müsavat” Müdafiə Nazirliyinin Təchizat İdarəsinə rəis gətirilən Ə.İsgəndərova məxsus “Ovçular ət və ət məhsulları” MMC-nin fəaliyyəti ilə maraqlanıb. Dünya şəbəkəsində axtarış sistemləri vasitəsilə MMC haqda bilgi toplayarkən məlum oldu ki, Ə.İsgəndərovun şirkəti zay ət məhsullarının istehsalçısı kimi tanınır. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 
option=com_content&view=article&id=521:et-mehsullari&catid=8&Itemid=23&lang=az 
bu link vasitəsilə həmin məlumatla tanış ola bilərsiz) şirkətə məxsus istehsalat sexində apardığı araşdırma zamanı uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş 2,2 ton ət məhsullarının satışının qadağan edilməsi və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılmasına göstəriş vermişdi. Belə bir müəssisəyə rəhbərlik etmiş şəxsin Müdafiə Nazirliyinin Təchizat İdarəsinə rəis gətirilməsi ciddi narahatlıq yaradır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar