“Hərbçimiz snayper atəşindən həlak olub”
Azərbaycanın Müdafiə Nazirliyi hərbçimizin şəhid olması ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, iyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar:
“Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşindən həlak olub”.(qafqazinfo)