Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyindən təkzib


"Bu tipli uçuş aparatları ordumuzun silahlanmasında yoxdur"


Azərbaycanın Müdafiə Nazirliyi İranda vurulmuş İsrail istehsallı "Hermes 450" tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatları təkzib edir.

PİA.AZ AzVision.Az-a istinadən xəbər verir ki, bununla bağl sorğunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb: 

"Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki, yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına cəhd kimi qiymətləndiririk".

Qeyd edək ki, avqustun 24-də İran hərbçiləri bəyan ediblər ki, onlar İran İslam Respublikasının hava məkanında İsrail istehsallı "Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsini vurublar. Onların sözlərinə görə, pilotsuz kəşfiyyat təyyarəsi uranın zənginləşdirilməsi üçün atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd edib.

İsrail tərəfi bildirib ki, təyyarə İsrail istehsalı olsa da, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələrin Silahlı Qüvvələrinin silahlanmasındadır. Bir sıra xarici KİV-lər isə kəşfiyyat təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə dəqiqləşdirilməmiş məlumat yayıblar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar