Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə nazirləri Dağlıq Qarabağdan danışdılar - Video


İsmət Yılmaz: “Türkiyə olaraq Gürcüstan və Azərbaycanın süverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik"


Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü baş tutub.

ANS TV-nin məlumatına görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və üçtərəfli birgə təlimlərin keçirilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi bardə razılığa gəlinib.

Müdafiə naziri Zakir Həsənov deyib ki, görüş zamanı regiondakı hərbi-siyasi durum, təhlükəsizlik məsələləri, bölgədə sabitliyin təmin edilməsi yolları əsas mükazirə predmeti olub. Görüşdə vurğulanıb ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TAP və TANAP layihələrinin Avropanın enerji təhlükəsizliyi olduğu üçün region diqqət mərkəzindədir. Hazırda istifadədə olan, gələcəkdə reallaşdırılması gözlənilən layihələrin birgə mühafizəsi bu 3 ölkənin üzərinə düşəcək. Dağlıq Qarabağ münaqişəsilə bağlı bir daha vurğulanıb ki, bu problem Azərbaycanın ərazi bütövlyü çərçivəsində həll oluna bilər.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyir ki, “Türkiyə olaraq Gürcüstan və Azərbaycanın süverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Bölgəmizdəki münaqişələrin sülh yolu ilə həll olunması önəmini bir daha vurğuladıq”.

3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsi üçün hər il bu tip görüşlər baş tutacaq.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar