Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə nazirlərinin Naxçıvan görüşü Ermənistan və Rusiyaya mesajdır


Elxan Şahinoğlu: “Azərbaycan - Türkiyə hərbi əməkdaşlığına Gürcüstanın qoşulması faktiki, bölgədə kiçik NATO-nun formalaşmasına işarədir”; Orxan Qafarlı: “Bu görüşlər hələ ki formal xarakter daşıyır və daha çox hərbi əməkdaşlığın formaları və gələcəyi ilə bağlı müzakirələrdən ibarətdir”


Avqustun 18-də Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri arasında görüş oldu. Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq zamanı müdafiə naziri Zakir Həsənov bildirib ki, görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bölgədə sabitliyin təmin edilməsi yolları araşdırılıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun fikrincə, Azərbaycan artıq regionda yeni əməkdaşlıq formatını yaratmağa çalışır. E.Şahinoğluna görə, İlham Əliyev Kremlin Qarabağ münaqişəsinin həllində pozitiv rol oynamayacağını özü üçün artıq yəqin edib: “Soçi görüşü bunun ən bariz nümunəsidir. Putin ən azı erməni həmkarını Kəlbəcərdə girov götürülən azərbaycanlıları sərbəst buraxmağa sövq edə bilərdi, Sərkisyan onun istəyini dərhal həyata keçirərdi. Ancaq Putin bu addımı da özünə çox gördü və bununla İlham Əliyevi bir daha məyus etdi”.

E.Şahinoğlu hesab edir ki, Soçidən dərhal sonra Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Naxçıvanda görüşməsi rəsmi Bakının bölgədə Rusiya + Ermənistan hərbi ittifaqına alternativ modelin formalaşmasına çalışması kimi yozula bilər: “Çünki müharibə başlayacağı təqdirdə heç şübhəsiz, Rusiya Ermənistana və Dağlıq Qarabağdakı separatçılara dəstək verəcək. Demək, biz də bundan qorunmağın yolları üzərində düşünməliyik. 3 ölkənin müdafiə nazirlərinin Naxçıvandakı görüşü bir neçə səbəbdən əhəmiyyətli idi. Birincisi, bu, Kremlə mesaj idi ki, müharibənin başlayacağı təqdirdə Gürcüstan üzərindən Ermənistana hərbi yardım daşıya bilməyəcək. 



İkincisi, İrəvana mesaj idi ki, müharibə başlayacağı təqdirdə Gürcüstandan keçən boru xətlərinə qarşı diversiya həyata keçirsə, qarşısında Bakı və Ankara ilə yanaşı Tiflisi də görəcək. Buna görə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığında ən vacib halqa məhz sonuncudur. Onsuz da Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığını genişləndirir, bu sxemə Gürcüstanın qoşulması faktiki bölgədə kiçik NATO-nun formalaşmasına işarədir. Görüşün Naxçıvanda keçirilməsinin bir başqa əhəmiyyəti də ondadır ki, işğalçı ölkə Qarabağda müharibənin başlaması halında Naxçıvana zərbə endirməyi ağlının ucundan belə keçirməsin. Sadəcə, türkiyəli rəsmilər daim Qars müqaviləsini unutqan erməni rəsmilərinin və əsasən də dilinə ”Naxçıvan" kəlməsi gətirən Ermənistanın müdafiə naziri Seyran Ohanyanın diqqətinə çatdırmalıdırlar. Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri hər 6 aydan bir görüşməyi və hərbi təlimlər keçirməyi qərara alıblar. Elə birinci təlimin Naxçıvanda keçirilməsi lap yerinə düşərdi. Sonrakı mərhələdə isə bu hərbi təlimləri tədricən Qarabağ yaxın bölgələrə də inikas etdirmək olar".



Ankara Universitetinin doktorantı, politoloq Orxan Qafarlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə arasında münasibətlərin strateji xarakter daşıyır. Lakin ekspertə görə, bu münasibətlərin hərbi ittifaq müstəvisinə gəlib çatdığını demək tezdir: “Azərbaycan-Türkiyə münasibətlərini Gürcüstan xaricində dəyərləndirmək lazımdır. Bakı və Ankara arasında hərbi əməkdaşlıq 90-cı illərdən başlayıb. Hərbi sənayedə Azərbaycan Türkiyənin bir nömrəli əməkdaşlıq etdiyi ölkədir. Azərbaycandan sonra Türkiyənin hərbi sənayedə müttəfiqi Qətər hesab olunur. 
Naxçıvanda 3 ölkənin müdafiə nazirləri arasında keçirilən görüş daha çox nümayiş xarakterli olmaqdadır. 

Əldə etdiyimiz məlumatlara görə Gürcüstan müdafiə naziri İrakli Alasaniya bu görüşün keçirilməsində daha çox maraqlı olub. İrakli Alasaniya Türkiyəni Gürcüstana yaxın ölkə hesab edən siyasətçilərdəndir. Və uzun zamandır onun belə bir fikri var idi ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasında sıx hərbi əməkdaşlıq qurulmalıdır. Hətta görüşlərindən birində Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevə görə bu əməkdaşlığın mümkün olmadığını bildirib. Ancaq bu gün Alasaniyanın fikri Azərbaycan və Türkiyə rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Bu görüşlər hələ ki formal xarakter daşıyır və daha çox hərbi əməkdaşlığın formaları və gələcəyi ilə bağlı müzakirələrdən ibarətdir. Gürcüstanın indiki müdafiə naziri regionda hərbi əməkdaşlıq üçün Türkiyədən başqa ölkə görmür. NATO-ya inteqrasiya yolunu tutan Gürcüstan üçün Türkiyə ilə əməkdaşlıq önəmlidir. Bundan başqa nəzərə almaq lazımdır ki, Türkiyə NATO ölkəsi olduğu üçün hər hansı bir hərbi ittifaq yaratmaq təşəbbüsü ilə çıxış etməsi qeyri-mümkündür".  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar