Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllim tələbələrdən rüşvət toplyaraq aradan çıxıb - Turizm Universitetində


Azərbaycan Turizm və Menecment Universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sahib Səfiyev tələbələrdən külli miqdarda pul yığaraq aradan çıxıb


Sahib Səfiyev nə az, nə çox, 30-ə yaxın tələbədən onların kəsrlərini düzəldəcəyini söz verərək rüşvət toplayıb. Lakin, bir müddət sonra müəllimin özü də aradan çıxaraq, itib. Bununla da universitetdə tələbə üsyanı başlayıb.

2006-ci ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı qərarla Azərbaycan Turizm və Menecment Universiteti olaraq fəaliyyətini davam etdirir. Universtetə son ilədək Cəfər Cəfərov rektorluq edirdi. Bu ildən onun ADPU-ə rektor təyin olunmasından sonra Turizm Universitetinə Eldar Aslanov rektor əvəzi olaraq nəzarət edir.

Yaranmasından 10 il keçməsinə baxmayaraq universitet özünü doğrulda bilməyib. Ölkə turizmi və yerli kadr çatışmazlığı hələ də bərbad durumdadır. Universiteti bitirən məzunların 70%-dən çoxu tamam başqa sahələrdə çalışırlar.

Bütün bu neqativ göstəricilərə baxmayaraq hər zaman bu universitet “BİZDƏ RÜŞVƏT YOXDUR” deyə qürurlanırdı. Halbuki, rüşvət almamaq onların vəzifə borclarıdır. Görünür öyünüləsi başqa göstəriciləri olmadığına görə, Turizm rəhbərləri bununla özlərinə “xal qazanmaq” istəyiblər.

Lakin, bizə gələn tələbə şikayətlərindən sonra məlum olub ki, bu ildən universitetdə rüşvət də öz addımlarını atmağa başlayıb. “Netxeber.com”-a daxil olan şikayətlərdə bildirilir ki, Azərbaycan Turizm və Menecment Universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sahib Səfiyev tələbələrdən külli miqdarda pul yığaraq aradan çıxıb.

Sahib Səfiyev nə az, nə çox, 30-ə yaxın tələbədən onların kəsrlərini düzəldəcəyini söz verərək rüşvət toplayıb. Lakin, bir müddət sonra müəllimin özü də aradan çıxaraq, itib. Bununla da universitetdə tələbə üsyanı başlayıb.

Adının çəkilməsini istəməyən tələbə bildirir ki, Sahib Səfiyev ondan pul alarkən bildirib ki, onun rektor Cəfər Cəfərov və rektor əvəzi Eldar Aslanovla yaxın münasibətləri var. Və bu puldan “yuxarılara” da çatacaq.

Tələbələr bildirir ki, hal-hazırda bu hadisə ilə bağlı universitetdə ajotaj yaranıb. Bir çox tələbə ondan kəsri düzəltmək adıyla alınan pullarını hələ də geri ala bilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar