Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimindən hamilə qalan qız körpəsindən imtina edib


Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib


Bu barədə AzVision.az-a daxil olan məlumatı Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova təsdiqləyib. Onun sözlərinə görə, ana körpəsindən imtina etməsi ilə bağlı ərizə yazıb. 
 
“Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. Uşaq doğulanda atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı akt yazaraq rəsmi şəkildə 1 nömrəli körpələr evinə yerləşdirdik”- deyə şöbə müdiri vurğulayıb. 
 
Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini azyaşlı qız müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirmişdi. Bu məsələ ölkə gündəmində ciddi ajiotaj yaratmışdı. 
 
Məktəbli qız müəllimindən hamilə qaldığını bildirmişdi. 
 
Ekspertizanın rəyinə əsasən, zorlandığını iddia edən məktəbli qız bakirədir. Məlum hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb.
 
Xatırladaq ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar