Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Anar Məmmədlinin həbsinə sərt reaksiya verdi


Xəbər verdiyimiz kimi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib


Bu barədə qərar Nəsimi rayon Məhkəməsində verilib. Məhkəmədən verilən məlumata görə, A. Məmmədli Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi ilə (qanunsuz sahibkarlıq fəaliyyəti) ilə ittiham olunur.
 
Müsavat başqanının birinci müavi Arif Hacılı "Deyerler.org"a açıqlamasında deyib ki, hakimiyyət bununla nə Azərbaycan cəmiyyəti, nə də Beynəlxalq Birliyin rəyləri ilə hesablaşmadığını nümayiş etdirir.
 
"Anar Məmmədlinin həbsi Azərbaycan hakimiyyətinin cəmiyyəti tamamilə susdurmaq, vətəndaş cəmiyyətinin qurulmasına imkan verməmək siyasətinin davamıdır. Beynəlxalq birlik tərəfindən Azərbaycanda siyasi məhbus probleminin həll olunması tələblərinin artdığı bir məqamda siyasi motivli həbslərin davam etdirilməsi cəmiyyətdə qorxu mühitinin saxlanmasına xidmət edir.

Hakimiyyət bununla nə Azərbaycan cəmiyyəti, nə də Beynəlxalq Birliyin rəyləri ilə hesablaşmadığını nümayiş etdirir. Belə siyasət Azərbaycanın avtoritar bir ölkə kimi imicinin möhkəmlənməsi, ölkəmizin bir çox pozitiv proseslərdən daha da təcrid olunması ilə nəticələnəcək", -deyə Arif Hacılı bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar