Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Məclisinin sədrliyinə iki namizədin adı açıqlandı



Nüşabə Sadıqlı: “İndiyə qədər görməmişəm ki, hansısa qadın seçki mübarizəsində məğlub olandan sonra hay-küy yaratsın”


Sabir Məmmədli: “Bu gün müsavatçı olmağın özü böyük qəhrəmanlıqdır”

Müsavat Məclisinin dekabrın 27-də növbəti iclası keçiriləcək. İndiyədək Məclis sədrliyi vəzifəsinə iki nəfər namizədliyini irəli sürüb. Bunlardan biri Nüşabə Sadıqlı, ikincisi isə Sabir Məmmədlidir.

10 nəfərə yaxın şəxs isə sərbəst Məclis üzvlüyünə namizədliyini verib.

Məclis katibliyinə, Divana, MNTK-ya boş qalan yerlərə də seçkilər keçirilməsi nəzərdə tutulur. Namizədlərin irəli sürülmə prosesi dekabrın 26-na kimi davam edəcək.

Məclis sədrliyinə namizəd Nüşabə Sadıqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Məclis sədrliyinə bundan əvvəlki seçkilərdə də iddiası olub. O zaman Arzu Səmədbəyli namizədliyini verdiyi üçün iddiasından geri çəkilib. Bu dəfə isə namizədliyini verib və buna görə də heç kimə görə iddiasını geri götürməyəcək: “Mediadan oxuduğum informasiyalara əsaslanaraq bu qənaətə gəlmişəm ki, Arzu Səmədbəyli namizədliyini vermək istəmir. Arzu bəy namizədliyini versəydi, yenə də iddiamdan geri çəkilərdim, heç namizədliyimi irəli sürməzdim. 



Lakin artıq namizədliyimi rəsmən irəli sürmüşəm. Buna görə də namizədliyimi geri götürməyi düşünmürəm. Sona qədər seçki mübarizəsində iştirak edəcəyəm. Müsavat Məclisinə namizədliyini irəli sürən və sürəcək hər kəsi seçkidə özümün güclü rəqibim hesab edirəm. Hələ ki rəsmən bir rəqibim var. Sabir Məmmədli çox hörmət elədiyim ziyalıdır, dəyərli müsavatçıdır. Bu bir seçki yarışıdır. Müsavatın Məclis üzvləri kimi sədr görmək istəyəcəklərsə, o seçiləcək. Məni başqan müavini olmağım o demək deyil ki, Məclis sədrliyi uğrunda mübarizədə əlavə üstünlüyə sahibəm. Namizədlərin hər biri bərabər hüquqa malikdirlər. Seçiləcəyimə inamım olmasaydı, namizədliyimi irəli sürməzdim. Məclis üzvlərinin mənə səs verəcəyinə və bu səslərin hesabına sədr seçiləcəyimə inamım var. Mən qalib gəlmək iddiasındayam”. 



N.Sadıqlı namizədliyini irəli sürməklə bağlı Müsavat başqanı ilə məsləhətləşmə aparmadığını bildirdi: “Müsavat başqanı hər bir Məclis üzvünün sədrliyə namizədliyini vermək hüququnu tanıyır. Heç kimə də namizədliyini vermək və ya verməməklə bağlı hər hansı şəkildə təsir etmir. Mən də şəxsən özüm qərara gəldim ki, namizədliyimi verim. Mən Müsavat başqanının müavini postuna gələ bilmişəmsə, deməli, rəhbərliyin mənə müsbət münasibəti var. Namizədliyimi həm də buna əmin olduğum üçün irəli sürdüm”.

“Hansısa namizədin seçkidən sonra ”Məclis sədri seçkisi ədalətsiz keçdi" bəyanatını verərək qurultaydan sonrakı müddətdə yaranmış vəziyyətin təkrarlanmasına səbəb ola bilərmi?" sualına N.Sadıqlı belə cavab verdi: “Hələ cəmi iki namizəd var. Namizədlərin sayı çox da ola bilər. Dediyiniz halın baş verəcəyini düşünmürəm. Amma heç nəyi istisna da etmək olmaz. Seçki demokratik keçəcək və ümid edirəm ki, demokratik seçkiyə kimsə şübhə toxumu səpməyə çalışmayacaq. Bu seçki mübarizəsidir. Ola bilər ki, mən seçkilərdə məğlub olum. Lakin məğlub olmağı faciəyə çevirməyə ehtiyac yoxdur. Seçkiyə qoşulan udmağa da, uduzmağa da hazır olmalıdır. Məğlubiyyəti etiraf etməyin özü insanda yaxşı keyfiyyətdir. Kişilər məndən inciməsinlər. Mən indiyə qədər görməmişəm ki, hansısa qadın seçki mübarizəsində məğlub olandan sonra məğlubiyyətini etiraf edib qalibin əlini sıxmasın və şou düzəltsin, hay-küy yaratsın. Amma kişilərin bir çoxu məğlubiyyətini etiraf etmirlər və şou, hay-küy yaradırlar. Seçkiyə girən insan məğlubiyyətini də gözünün önünə gətirməli və buna da hazır olmalıdır. Bunu bacarmırsansa, seçkiyə qatılmağın düzgün deyil”.

Məclis sədrliyinə namizəd Sabir Məmmədli isə sosial şəbəkədə platformasını açıqlayıb. O, Müsavat Partiyası Məclisinin ilkin vəzifələri kimi aşağıdakı işlərin həyata keçirilməsinin vacibliyini qeyd edib: “Müsavat Partiyasının şanlı tarixini, M.Ə.Rəsulzadənin böyük nəzəri-metodoloji irsini, Ə.Elçibəyin əvəzolunmaz ideyalarını, azadlıq və demokratiya uğrunda Azərbaycan xalqının son 20 il ərzində göstərdiyi fədakarlığını, müasir dövrdə İ.Qəmbərin başqanlığı ilə Müsavat Partiyasının nümayiş etdirdiyi əzmkarlığını və mübarizliyini əsas götürərək Məclis indiyədək qarşısında duran fəaliyyət istiqamətlərini gücləndirməklə bir sıra təşkilati və nəzəri-konseptual vəzifələri həyata keçirməlidir:

- Müsavat Partiyasını hakimiyyətə daşımaq məqsədilə partiya başqanının rəhbərliyi əsasında İcra Aparatı ilə birgə qarşımızda duran ictimai, nəzəri, təşkilati problemlərin həllinə çalışmaq;
- Azərbaycan müxalifətinin birliyinə təkan verə biləcək nəzəri, konseptual diskussiyalar təşkil etmək və partiya başqanı üçün müvafiq platformalar hazırlamaq

- Müsavat Partiyasının potensialından geniş istifadə etmək məqsədilə rayon təşkilatlarının sabiq sədrlərinin Müsavat Məclisində məşvərətçi səs hüququ ilə təmsil olunmasına çalışmaq; 
- Gənclərin Müsavat Məclisində yetərincə təmsil olunmasını təmin etmək məqsədilə onlara müəyyən kvotanın (15-20 yer) ayrılmasına çalışmaq;

- Partiyanın icra aparatı ilə birlikdə daimi fəaliyyət göstərən analitik-nəzəri xarakterli “M.Ə.Rəsulzadə məktəbi”nin işini təşkil etmək;

- Partiyanın müvafiq fəaliyyət istiqamətləri üzrə Məclisin Komissiyalarının (müxtəlif layihələrin və konsepsiyanın hazırlanması istiqamətində) fəaliyyətini təşkil etmək və onların hesabatlılıq prinsipi əsasında çalışmasını təmin etmək;

- Keçmiş Məclis üzvlərinin, bitərəf ziyalıların intellektual potensialından lazımınca istifadə etmək məqsədilə onları müxtəlif komissiyaların işinə cəlb etmək və s.".

Sabir Məmmədli sosial şəbəkədə partiyanın bütövlüyü və 20 illik mübarizəsinin qələbə ilə sonuclanması naminə müsavatçıları onu dəstəkləməyə çağırıb. Bildirib ki, bu gün müsavatçı olmağın özü böyük bir qəhrəmanlıqdır. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar