Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Nərgiz Yaqublu haqqında nekroloq yaydı


Müsavat Partiyasına ağır itki üz verib.


Müsavat Partiyası gənc fəal üzvü, Müsavat Patiyası başqanını müavini, Divan üzvü, siyasi və vicdan məhbusu Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 25 yaşında vaxtsız vəfat edib.

Azərbaycan gəncliyinin mübariz nümayəndəsi, demokratik düşərgənin sevimlisi  Nərgiz Yaqublu 1989-cu il dekabr ayında anadan olub. O, Xəzər Universitetini bitirib. “Yeni Müsavat” qəzetində jurnalist fəaliyyəti ilə məşğul olduğu dövrdə yazıları ilə Azərbaycan ictimaiyyəti arasında böyük rəğbət qazanıb. 

2009-cu ildən Müsavat Partiyasına üzvdür. Partiya üzvü olduğu gündən müsavatçılıq ideyalarının yayılmasında, demokratik islahatlar uğrunda mübarizədə mühüm rol oynayıb. Azad və demokratik Azərbaycanın gerçəkləşməsi üçün bütün qüvvəsilə çalışıb. Özünün təmənasız fəaliyyəti və fədakarlığı ilə onu tanıyanların dərin hörmətini qazanıb. 

Fədakar müsavatçı Nərgiz Yaqublu üzünü görə bilmədiyi körpəsinə nəvaziş belə görstərə bilmədi. Ana olmaq sevincini yaşamağı amansız tale ona imkan vermədi.  

Nərgiz Yaqublunun əziz xatirəsi bütün Azərbaycan xalqının, müsavatçıların və onu tanıyanların qəlbində daim yaşayacaq.

Müsavat Partiyası Nərgiz Yaqublunun faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxınlarına və əqidədaşlarına, demokratiya və azadlıq uğumda mübarizə aparan hər kəsə  dərin hüznlə baş sağlığı verir.

Sən həmişə bizimləsən, əzizimiz Nərgiz!

Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar