Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Partiyası ilə AXCP arasında “atəşkəs” pozulub


Belə ki, ötən il prezident seçkilərində uğursuzluqdan sonra Müsavat Milli Şuradan ayrıldı


Ardınca iki partiya arasında “soyuq savaş” başladı. Kifayət qədər sərt qarşılıqlı ittihamlar səsləndirildi, sonda müsavat rəhbərliyi “moratorium” qəbul edərək cəbhəçilərə qarşı hücumları dayandırdı.

Hazırda “moratorium” qərarı davam etsə də, sosial şəbəkə üzərində bəzən pozuntulara yol verilir. Son qarşıdurma isə Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının Müsavatda başqanlıq seçkilərinə münasibət bildirməsi ilə baş verib.

“Qubad bəy, sizə seçkidə uğurlar arzu edirəm. Sizin başqanlığınız təkcə partiyanın deyil, həm də demokratik düşərgənin maraqlarına uyğun olardı”, - deyə Əli Kərimlinin müavini Qubad İbadoğluya dəstək ifadə edib.

Bu isə Arif Hacılının tərəfdarlarını hərəkətə keçirib.  Sosial şəbəkə üzərində aparılan “müharibəyə” A. Hacılının qardaşları Vaqif və Mustafa Hacıbəylilər də qoşulub.

Vaqif Hacıbəyli Fuad Qəhrəmanlının Q.İbadoğlunu dəstəkləyən statusunu belə şərh edib: “Partiyadan qovulan, uzaqlaşan, partiyada hər hansı bir konkret əməli fəaliyyəti olmayan partiya funksionerlərinin, heç vaxt Müsavata xüsusi rəğbəti ilə seçilməyən kənar adamların hər hansı namizədin təbliğatı ilə əlaqədar xüsusi canfəşanlığı suallar doğurmaya bilməz. Müsavatın kökü sağlam olduğu üçün bu cür qeyri-sağlam, kənar təsirlərin qurultayda qəbul ediləcək qərarlara əhəmiyyətli təsir göstərə biləcəyini düşünmürəm. Hər bir halda, müsavatçıları indidən qurultayla bağlı təbrik etmək istəyirəm. Çünki qurultayın keçirilməsi nəzərdə tutulan gün mən ölkədə olmayacağam”.

Mustafa Hacıbəyli isə F. Qəhrəmanlıya cavabı bir qədər fərqli olub.

O, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Q.İbadoğlunu dəstəkləyən fikirlərini yazıb və qeyd edib ki, ilk dəfədir Fuad Qəhrəmanlı ilə Hafiz Hacıyevin mövqeyi üst-üstə düşür.  M. Hacıbəyli  F. Qəhrəmanlıya psixoloji təzyiq üsulu seçərək belə bir sual da ünvanlayıb: “Görəsən, Fuad Qəhrəmanlı bunu necə əsaslandıracaq?”

Qeyd edək ki, bundan əvvəl başqanlığa namizəd Tural Abbaslının gənclərlə keçirilən görüşündə cəbhəçi xanımın iştirakı və çıxış etməsi “AXCP Müsavatda Tural Abbaslını başqan görür” fikrini formalaşdırmışdı. 
AXCP-dən olan gənc görüşdə başqanlığa namizəd Arif Hacılını “yaşlı” adlandırmış və siyasəti tərk etməli olduğunu söyləmişdi.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar