Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Partiyası məhkəməyə müraciət edəcək


Müsavat Partiyası bəyanat yayıb


PİA.AZ-a daxil olan bəyanatda bildirilir ki, Müsavat Partiyası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 19 aprel 2015-ci il tarixdə saat 16.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı meydandan başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin (keçmiş “Məhsul” stadionu) stadionuna qədər hərəkət etməklə və Qətnamənin oxunması ilə yekunlaşacaq yürüş keçirmək məqsədilə 10 aprel 2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. 

Müraciəti imzalayan şəxslərdən biri kimi Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı aprelin 14-də Bakı şəhər İcra Hakimiyyətinə dəvət edilərək, ona Bakı şəhərində hər hansı yürüşün keçirilməsinə İcra Hakimiyyəti tərəfindən razılıq verilməyəcəyi bildirilib. 

Müsavat Partiyasının rəsmisi Bakı şəhər İcra Hakimiyyətinin müraciətə rəsmi cavab verməsinin qanunun tələbi olduğunu bildirdik də, Bakı şəhər İcra Hakimiyyəti aparatının rəhbərinin də iştirak etdiyi tədbirdə şəhər rəsmiləri belə bir cavabın təqdim olunacağını bildiriblər. 

Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov sonuncu dəfə 15 aprel tarixində Müsavat Partiyasının təmsilçisi ilə telefon danışığında müraciətə rəsmi cavab olacağını təsdiqləyib. 

Bu gün saat 16 radələrində Bakı şəhər İcra Hakimiyyətinin qəbul şöbəsinin işçiləri Z.Ramazanova istinad edərək, müraciətə rəsmi cavabın olmayacağını, Bakı şəhər İcra Hakimiyyətinin bu məsələ ilə bağlı rəsmi açıqlamalarının mətbuat vasitəsilə verildiyini bildiriblər.

Müsavat Partiyası bütün bunları Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də dövlət orqanlarının vətəndaşların müraciətlərinə qanunla müəyyən edilmiş müddətdə yazılı cavab verməkdən nümayişkarənə şəkildə imtina edilməsini qanunların kobud şəkildə pozulması kimi qiymətləndirir, qanunla üzərilərinə qoyulan vəzifələri icra etməkdən imtina edən şəxslərin cəzalandırılmasını tələb edir və bəyan edir ki, məsələnin hüquq müstəvisində həlli üçün məhkəməyə müraciət ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar