Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat başqanı Azərbaycan qadınlarını təbrik edib


Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynnalxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.


Təbrikdə deyilir:

”Əziz xanımlar! 

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə xoşbəxtlik arzulayıram.

Həm ailədə, həm də cəmiyyətdə fəal mövqeyi ilə seçilən Azərbaycan qadını tarix boyu gözəllik və ləyaqət simvolu olub. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti, hətta inkişaf etmiş bir çox Avropa ölkələrini də qabaqlayaraq qadınlarımıza geniş siyasi hüquqlar, seçkilərdə iştirak hüququ verərkən, təkcə öz demokratik prinsiplərindən çıxış etməmiş, həm də bu ənənələri nəzərə almışdı. Azərbaycan qadını həm ötən əsrin əvvəllərində vüsət almış milli-azadlıq hərəkatında, həm də əsrin sonunda istiqlalımızın bərpası uğrunda gedən mübarizədə mühüm rol oynadı. İndi də azad və demokratik cəmiyyət quruculuğu uğrunda apardığımız mübarizənin də ön cərgələrindədir. 

Bütün dünyada qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu daha da artır. Dünyanın xoşbəxt gələcəyi üçün daim narahat olan qadınlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə həyatın bütün sahələrində daha fəal iştirak edir. Azərbaycan qadınları da bu ümumi prosesdən geri qalmır, ölkənin və cəmiyyətin həyatında mühüm rol oynayır. 

Təəssüf ki, bu gün bütün Azərbaycan cəmiyyəti kimi, qadınlarımız da layiq olduğu həyatı yaşaya bilmir. Xalqın ümumi mənafelərini əks etdirməyən idarəçilik sistemi, sosial ədalətsizlik bütün vətəndaşlarımız kimi, qadınlarımızın həyatına və fəallığına mənfi təsir göstərir. İnsan hüquqlarının hər addımbaşı pozulduğu bir məmləkətdə qadınlarımız da daim müxtəlif təzyiq və özbaşınalıqlarla üzləşirlər. Azərbaycan qadınlarının ən fəal nümayəndələrinin bir qismi hazırda siyasi məhbus kimi həbsxana həyatı yaşayır. Qarabağ münaqişəsinin ən böyük ağırlığı qaçqın və köçkün qadınlarımızın üzərinə düşüb. Mövcud rejimin bu problemləri həll etmək iqtidarında olmaması onların olan-qalan ümidini də sarsıdıb. Lakin məhrumiyyətlərlə dolu bu günlərin ömrü çox qısadır. Mən inanıram ki,  yaxın vaxtlarda xalqımız öz taleyində əsaslı dönüşə nail olacaq. Haqsızlığa son qoyulması uğrunda mübarizə geniş vüsət alacaq. Həmişə olduğu kimi, yenə də qadınlarımız bu prosesin təşkilatçıları və fəal iştirakçıları olacaqlar. 

Əziz xanımlar! 

Bayramınızı bir daha təbrik edir, Sizə şəxsi həyatınızda və fəaliyyətinizdə uğurlar arzulayıram.

Tanrı Sizləri qorusun!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar