Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat polisə müraciət edəcək - Qalmaqal


Müsavat Partiyası Bakı şəhər Polis İdarəsinə və Belçikanın Azərbaycandakı səfirliyinə müraciət edəcək


PİA.AZ  xəbər verir ki, bunu Modern.az saytına partiyanın vəkili Nemət Kərimli deyib. Onun sözlərinə görə, hər iki məsələ ilə bağlı artıq bütün sənədlər hazırlanıb: “Elnur Mirzəyevin Belçikaya siyasi mühacir getmək üçün saxtalaşdırılmış sənədlərdən istifadəsi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcəyik.

Eyni zamanda, sənədlərin saxtalaşması ilə bağlı isə Bakı şəhər Polis İdarəsinə də müraciət ediləcək. Sənədlərin kimin hazırlayıb, kimin verdiyini bilmək istəyirik. Sənədlərin araşdırılması da tələb olunacaq”.

Belçikada yaşayan Elnur Mirzəyev mühacir statusu almaq məqsədilə Müsavat Partiyasına 1800 manat verərək saxta vəsiqə aldığını iddia edir.

Nemət Kərimli onu da qeyd edib ki, Müsavat başqanının müavini Gülağa Aslanlı hazırda mühacir həyatı yaşayan jurnalist Elbəyi Həsənlini məhkəməyə verəcək: “Elbəyi Həsənli müxtəlif şəxslərə şər-böhtan atıb. Konkret olaraq həmin şəxslərdən biri olan Gülağa Aslanlı öz şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edəcək. Artıq müraciət də hazırdır. Müraciətin nə vaxt verilməsi ilə bağlı müəyyən fikir mübadiləsi ediləcək. Bu səbəbdən müraciət hələ də verilməyib. Amma yaxın zamanda hər üç müraciət təqdim olunacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar