Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat pulsuz efir vaxtının ayrılmasını tələb edir


Bu gün Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib


PİA.AZ-a daxil olan məlumata görə, parlament seçkilərində namizədlərin qeydə alınması mərhələsindən sonra Məclisin qərarına uyğun olaraq seçki prosesinin gedişi müzakirə olunub.

İmza toplanması kampaniyası dövründə Müsavat Partiyasından olan namizədlərə, imza toplayan fəallara, seçicilərə qarşı olan təqib və təzyıqlər barədə məlumat verilib.

Partiya tərəfindən 70 dən çox seçki dairəsindən namizədlərin irəli sürülməsinə baxmayaraq, yalnız 23 seçki dairəsi üzrə namizədlərin qeydə alınması hakimiyyətin Müsavata qarşı apardığı xüsusi təqib kampaniyasının davamı kimi qiymətləndirilib.

Divan hakimiyyətin tərəfindən İctimai Televiziyada debatlar məqsədi ilə pulsuz efir vaxtının ayrılmasına məhdudiyyət qoyulmasını bərabər hüquqlu təbliğat imkanları prinsipinin kobud surətdə pozulması kimi dəyərləndirib. Pulsuz efir vaxtının ayrılması üçün dərhal müvafiq qərarların qəbul olunmasını tələb edib.

ATƏT-in geniş tərkibdə Müşahidəçi Missiyasının seçkilərdə iştirakı ilə bağlı qərarlara yenidən baxılmasının seçki prosesi üçün mühüm olduğu vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar