Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat seçki pozuntularına dair hesabat yaydı


AMİP isə Oqtay Əsədovdan MSK-ya şikayət yazdı


Oktyabrın 12-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyadan daxil olan məlumatda deyilir ki, iclasda Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı seçki prosesi barədə ətraflı məlumat verib. Seçki dairələri üzrə vəziyyət analiz edilib. Divanda qardaş Türkiyə Cümhuriyyətində baş verən terror hadisəsi qətiyyətlə pislənilib. Faciədə həlak olanların ailələrinə, yaxınlarına və Türkiyə xalqına başsağlığı verilib.

Yığıncaqda 1 noyabr 2015-ci il tarixdə keçiriləcək parlament seçkiləri ilə bağlı Müsavat Partiyasının seçki platforması əsas kimi qəbul edilib. 

İclasda Mərkəzi Seçki Komissiyasının şikayətləri araşdırarkən ayrı-seçkiliyə yol verdiyi Müsavat Partiyasına, bütövlükdə müxalifətə qarşı qərəzli mövqe nümayiş etdirdiyi bildirilib. 
Divanın 10 oktyabr 2015-ci il tarixli iclasında namizədlərə pulsuz efir vaxtının ayrılması haqqında Müsavat Partiyası adından tələbə MSK-nın heç bir reaksiya verməməsi ictimai diskussiyalara hakimiyyət tərəfindən imkan verilməməsinin növbəti nümunəsi kimi dəyərləndirilib. 

Divan pulsuz efir vaxtının seçkilərin təşviqat mərhələsində bərabərhüquqlu təbliğat imkanları prinsipinin mühüm elementi olduğunu bir daha vurğulayıb. 

Sonda carı məsələlər müzakirə edilib.

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı isə dünən 1 noyabr parlament seçkiləri ilə bağlı aralıq hesabat yayıb. Sənəddə qeyd olunur ki, 1 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkilərinin azad və ədalətli keçirilməsi üçün demokratik seçkiqabağı şərait mövcud deyil, bu məqsədlə müvafiq qanunvericilik bazası yaradılmayıb. 
Siyasi partiyaların bərabərhüquqlu siyasi rəqabət şəraitində fəaliyyəti təmin edilməyib. Azərbaycan Konstitusiyasında siyasi partiyaların yeri təsbit olunmayıb. Proporsional seçki sisteminin ləğv edilməsi ilə seçkilərdə siyasi partiyaların rolu daha da məhdudlaşdırılıb.
Məhkəmə hakimiyyəti icra hakimiyyətinin nəzarəti altında qalmaqda davam edir. Seçki Məcəlləsinə əsasən seçki komissiyalarının tərkibi və oradakı vəzifələrin bölgüsü seçkidə iştirak edən tərəflərin qarşılıqlı etimadını təmin edən prinsiplərlə yaradılmır. Bütün seçki komissiyaları faktiki olaraq hakim siyasi qüvvənin iradəsi əsasında təşkil edilir.
Hesabatda sonra deyilir ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi sadələşdirilməyib.

Dairə seçki komissiyasının Protokolunun doldurulması haqqında Təlimatda Seçki Məcəlləsinin tələblərinə riayət edilməməsinin, seçki şikayətlərinə baxılma prosesinin qeyri-şəffaflığı və digər məsələlərin aradan qaldırılması mexanizmləri nəzərdə tutulmayıb. Nəticədə seçki kampaniyasının ilk mərhələsində, yəni namizədliyin təsdiq edilməsi, qeydə alınması və şikayətlərə Mərkəzi Seçki Komissiyasında, Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılması zamanı saysız-hesabsız saxtakarlıqlara və qanun pozuntularına yol verilib.
Sənəddə həmçinin bildirilir ki, deputat seçkilərinin ilk mərhələsində - namizədliyin təsdiq edilməsi, qeydə alınması və şikayətlərə Mərkəzi Seçki Komissiyasında, Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılma zamanı son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq qurumların müəyyən etdiyi demokratik standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb. 

Hesabatda vurğulanır ki, Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, demokratik seçkilərin keçirilməsi və ölkədə demokratik islahatlara başlanması imkanı növbəti dəfə itirilib.

AMİP-dən verilən xəbərdə isə deyilir ki, partiya tərəfindən namizədliyi Milli Məclisə Seçkilər üzrə 45 saylı DSK tərəfindən qeydiyyata alınan namizəd Təbriz Musayev Milli Məclisin sədri Oqtay Əsədovdan Mərkəzi Seçki Komissiyasına şikayət edib. Həmin şikayətdə qeyd olunur ki, Milli Məclisə seçkilər üzrə namizədliyi 45 saylı Abşeron DSK-dan qeydə alınan Milli Məclisin sədri Oqtay Əsədov təbliğat-təşviqat kampaniyası zamanı vəzifəsindən sui-istifadə edərək , Seçki Məcəlləsinin  88-ci  maddəsini pozur. Belə ki, icra strukturları, büdcədən maliyyələşən idarə və müəssisələrin, nazirliklərin, dövlət qurumlarının işçilərini öz təbliğat-təşviqat kampaniyasına səfərbər edib. İnzibati resurslar onun xeyrinə istifadə edilir: “Seçicilər məcburi qaydada Oqtay Əsədovun görüşlərinə gətirilir. Digər namizədlərə isə təbliğatlarını aparmaq və seçicilərlə görüşlər keçirmək imkanı yaradılmır”.

Bütün bunları nəzərə alaraq AMİP-çi namizəd MSK-dan deputatlığa namizəd Oqtay Əsədovun yol verdiyi qanun pozuntularının qarşısının alınması və bu kobud pozuntulara hüquqi qiymət verilməsi barədə qərar çıxarılmasını xahiş edib.(musavat.com)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar