Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatda yeni fraksiya yaradılır?


“Arif Hacılı münasibətləri daha da kəskinləşdirən addımlar atıb”


Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub, partiya başqanlığına sabiq namizədlər Qubad İbadoğlu və Tural Abbaslı arasında görüş keçirilib

Tural Abbaslı APA-ya açıqlamasında deyib ki, görüşdə partiya daxilindəki vəziyyət, istefalar, narazılıqlar və atılacaq addımlar müzakirə olunub. 

O bildirib ki, ilkin müzakirələrdə ümumi prinsiplər əsasında razılıq əldə olunub: “Heç bir halda partiyadan ayrılmamaq şərti ilə, Nizamnamə çərçivəsində birgə fəaliyyət platformasını aydınlaşdırdıq”.
 
T. Abbaslı qeyd edib ki, hazırda Müsavatda başqan Arif Hacılı tərəfdarlarının üstünlük təşkil etdiyi idarəetmə institutları formalaşıb və bu da partiyadaxili demokratiyaya uyğun deyil. O, alternativ fikir platformasına, yeni bir fraksiyaya ehtiyac olduğunu söyləyib: “Əks fikir demək üçün uyğun şərait olmalıdır. Çünki bütün postlarda bir şəxsin tərəfdarlarının təmsil olunduğu yerdə partiyadaxili demokratiya təhlükə altına düşür. Nəzərə alsaq ki, başqan çox cüzi fərqlə seçilib, onda bu amillər nəzərə alınmalı və barışdırıcı bir siyasət yürüdülməli idi. Amma təəssüflər olsun ki, son bir ayda Arif Hacılı tərəfindən münasibətləri daha da kəskinləşdirən addımlar atılıb və bu, davam edir. İllərini Müsavata həsr etmiş insanlar üçün bu vəziyyət xoş deyil. Biz bu vəziyyətdən narahatlıq keçirdiyimiz üçün belə bir fraksiyaya ehtiyac duyduq. Partiya daxilində bu cür birliyin yaradılması Müsavatın inkişafına yol açacaq”.
 
T. Abbaslı yaradılacaq birliyin Nizamnaməyə zidd olduğu barədə deyilən fikirlərə də münasibət bildirib: “Biz bu məsələni dünən də partiyada müzakirə etdik. Düzdür, Nizamnamədə fraksiya sözü işlənməyib. Ancaq əsas odur ki, bu tip birliklərə də qadağa qoyulmayıb. Ona görə də heç bir Nizamnamə pozuntusu yoxdur. Müsavatçıların bir araya gəlmək hüququ var. Bunun adını qərəzli şəkildə yozmaq, bölücülüklə əlaqələndirmək düzgün deyil. Bu məsələ ilə bağlı biz keçmiş başqan İsa Qəmbərlə də müzakirə aparmışıq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar