Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatdakı seçkilərlə bağlı yeni detallar


Müsavat Partiyasında başqan Arif Hacılıya qarşı rayon təşkilatları qarşı çıxmağa başlayıb. Halbuki, Mərkəzi İcra Aparatının rəhbəri olduğu dövrdə rayon təşkilatlarının məhz onun kurasiyasında olduğu deyilirdi


Əvvəlcə Tovuz rayon təşkilatı 19 nəfər olmaqla tam tərkibdə istefa verdi. Ardınca Zəngəzur rayon təşkilatının sədri ramiz Əliyev A. Hacılını istefaya çağırdı.

İndi isə Qubadlı rayon təşkilatının sədr müavini Məhəbbət Muradov başqana qarşı sərt ittihamlar irəli sürüb.

M. Muradov  açıqlamasında bildirib ki, qurultaydan öncə seçkinin nəticələrinə təsir edəcək qeyri-qanuni fəaliyyətlər baş verib. Onun sözlərinə görə, bir sıra rayon təşkilatında Qubad İbadoğlunun tərəfdarlarının qurultaya nümayəndə seçilməsinə maneələr yaradılıb: “Müxtəlif bəhanələrlə rəqib tərəfin adamlarının hüquqlarını məhdudlaşdırmaq tendensiyası bizim rayon təşkilatından da yan keçməyib. Məsələn, belə adamlardan biri Elman Elxan oğludur. 3 il əvvəl yerli müsavatçılar tərəfindən qurultaya nümayəndə olaraq seçilən Elxan bəyi sosial şəbəkələrdə öz mövqeyini ifadə edən statuslarına və rayon partiya sədri ilə polemikalara girdiyinə görə Müsavatın sıralarından uzaqlaşdırdılar. Halbuki nə partiya nizamnaməsində, nə də qurultayla bağlı əsasnamədə bu hərəkət üçün cəza nəzərdə tutan bir müddəa  yox idi. Biz  də bu öz özbaşınalığın qarşını almaq üçün partiyanın müvafiq qurumları, o cümlədən,  Divan, MNTK, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi qarşısında məsələ qaldırdıq. Nə yazıq ki, bütün bu təşəbbüslərimizə barmaqarası baxıldı. Hətta məsələ MNTK-da araşdırılmadan Divanın müzakirəsinə çıxarıldı və qeyri-qanuni qərar qüvvədə saxlanıldı. Dərdimizi İsa bəyə çatdırmaq istədik. Başqan kimi partiyada baş verənlərə adekvat reaksiya verəcəyinə ümid bəsləyirdik. İsa bəy isə bizi qəbul etmədi. İllərlə həyatımızı, rahatlığımızı fəda etdiyimiz bir liderin bu hərəkəti bizdə təəssüf hissi yaratmaqla yanaşı, həm də bütün xəyallarımızı alt-üst etdi”.

M. Muradovun sözlərinə görə, Qubadlı rayon təşkilatında Qubad İbadoğluna tərəfdarları ilə görüşmək imkanı verilməyib: “Arif Hacılı isə Qubadlı müsavatçıları ilə 2 dəfə görüşüb. Görüşün biri Bakıda, Müsavatın qərargahında, digəri isə Sumqayıtda şadlıq evlərindən birində keçirilib. Üstəlik, Müsavat Partiyasının rəhbər orqanlarınında təmsil olunan şəxslər tərəfindən rayon müsavatçıları arasında Qubad İbadoğlunun əleyhinə təbliğat kampaniyası aparılıb. Onun hökumətin layihəsi olduğu barədə şaiyələr yayılıb. İsa Qəmbərin namizədinin Arif Hacılı olduğu bildirilib. Bütün bunları yayanların başında isə Zöhrab Məhərrəmli dayanıb. Halbuki Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin Əsasnaməsinə əsasən hər bir namizədə eyni yanaşma sərgilənməli, onlara qarşı tərəfsizlik nümayiş olunmalı idi”.

M. Muradov əlavə edib ki, Arif Hacılı Müsavatı ailə partiyasına çevirib.

“Partiya üzvü olmayan Vaqif Hacıbəyli Müsavatın daxili işlərinə qarışmaqla bu barədə dediklərimi təsdiqləyir. Vurğun Əyyub kimi ölkədə ziyalılığı və təmizliyi ilə tanınmış siyasətçiyə çamur atan digər qardaş Mustafa Hacıbəyli anlamalıdır ki,  bu ziyalılar Müsavatın əsas simalarıdır. Onlarsız bu partiya çox yoxsul görünər. Hacıbəyli qardaşları heç olmasa Qubad bəyin qardaşından dərs alsınlar. Baxsınlar Vüqar Bayramovun mövqeyinə, düşünsünlər. Tanınmış iqtisadçı alim olan Vüqar bəy onlardan fərqli olaraq Müsavatın daxili işlərinə qarışmır”, - deyə o bildirib.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar