Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatdan Əli Kərimlinin ittihamlarına cavab


Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı AXCP sədri Əli Kərimlinin ittihamlarına cavab verib


G.Aslanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Müsavatı real müxalifət olmamaqla bağlı ittiham etmək yolverilməzdir: “Yer məsələsinə görə uman yerdən küsərlər anlayışını əsas götürərək Əli Kərimli ilə razılaşmaq olar. Biz yer azlığına görə heç bir partiyanı dəvət etməmişik. Funksional əməkdaşlıq etdiyimiz partiyalardan da heç kimi dəvət etmədik. Qonaqlar məsələsi müzakirə olunarkən qərara alındı ki, AXCP-ni dəvət etsək, gərək digərlərini də çağıraq. Buna görə də yerin və vaxtın az olduğunu, qonaqlara vaxt ayıra bilməyəcəyimizi nəzərə alaraq heç kimi çağırmadıq. 

Təsəvvür edin, qonaq çağırırıq, amma ona çıxış üçün yer vermirik. Buna görə Müsavat Partiyasını ittiham etmık yolverilməzdir. “Bizi çağırsaydılar, yer ayırsaydılar pis olmazdı” kimi açıqlamalar olsaydı, bunu həll etmək olardı. Amma bizi dəvət etməyiblər və real müxalifət deyillər kimi ittihamlar özünü real müxalifət adlandıran partiyanın rəhbərinə uyğun gəlmir. Çünki Müsavat Partiyasının real müxalifət olduğunu danmaq Azərbaycanda reallığı bilən siyasətçi təsiri bağışlamır. Bizim yetkililər heç zaman heç yerdə “AXCP real müxalifət deyil” deyə ifadə işlətməyib”. 

Başqan müavini qeyd edib ki, AXCP ilə müttəfiqliyə hazırdırlar: “Biz AXCP-yə vaxtilə müttəfiqlik sazişi təklif etdik. Yeni başqan Arif Hacılı da yenə də AXCP-ə müttəfiqlik sazişi ilə müraciət etməyə hazır olduğunu bildirib. AXCP-ni real müxalifət qüvvəsi hesab edirik. Onların bizim haqqımızda söylədiklərinin yanlış və qərəzli olduğunu düşünürük”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar